Humanizm, yoxsa separatçılara dəstək?
Tarix: 01.04.2015 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


Azərbaycan 20 ildən artıqdır ki, pozulmuş ərazi bütövlüyü uğurunda gərgin mübarizə aparır. Azərbaycan Prezidentinin yüksək səviyyəli elə bir görüş və çıxışı yoxdur ki, orada Ermənistanın işğalçılıq siyasətini pisləməsin. Bununla belə təəssüf ki, dünyada hələ də ikili standartlar hökm sürür. Novruz bayram şənliyindəki çıxışında Prezident İlham Əliyev bu məsələyə bir daha toxundu: “Əfsuslar olsun ki, bu gün dünya siyasətində beynəlxalq hüquq yox, riyakarlıq, ikili standartlar, ayrı-seçkilik, irqçilik, islamofobiya, ksenofobiya hökm sürür. Budur bugünkü reallıqlar. Ona görə, biz buna hazır olmalıyıq və biz hazırıq.”
Bu gün xüsusən ABŞ-ın qondarma DQR-ə birbaşa yardımında ikili standart özünü açıq-aydın büruzə verir. Separatçı rejimə birbaşa yardım ABŞ-ın xarici siyasətinə kölgə salır. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “İkili standartların dünya nizamı və müasir Azərbaycan” məqaləsində yazmışdı ki, ABŞ 1992-ci ildən bəri Ermənistana iki milyard dollardan artıq, Dağlıq Qarabağ separatçılarına isə 1998-ci ildən bəri 83 milyon dollardan çox maliyyə yardımı göstərib. ABŞ Səfirliyi də etiraf edir ki, Konqres, Beynəlxalq İnkişaf Agentliyi (USAID) və digər təşkilatlar tərəfindən 2002-ci ildən bu yana separatçı rejimə müxtəlif layihələrin icrası üçün hər il 2 milyon dollar xərclənir.
Azərbaycana qarşı bu kimi ikili standart mövqe göstərildyi halda, ABŞ-ın təsir dairəsində olan təşkilat rəsmiləri dünya dövlətlərini xalqların ərazi bötüövlüyünə hörmət etməyə çağırırlar. Belə ki, NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanı dünyanı təsir dairələrinə bölmək cəhdində suçlandırıb: “Bizim fikrimizcə, bütün ölkələr suveren haqlara sahibdir. Bütün ölkələrin müstəqilliyi və ərazi bütövlüyünə hörmət etmək lazımdır”. Millət vəkili Sahib Alıyevsə Yens Stoltenberqin bu fikirnə “Avazı yaxşı gəlir. Amma heyif ki, oxuduğu Quran deyil”, deyə münasibət bildirib: “Əgər doğrudan da bütün ölkələrin ərazi bütövlüyünə hörmət edilirsə, onda qərbdəkilər Azərbaycan torpaqlarının bir hissəsini ələ keçirən Ermənistana nədən qucaq açır, başını sığallayırlar? NATO deyəndə göz önünə ilk gələn dövlət Amerika nə üçün separatçı Dağlıq Qarabağa dövlət səviyyəsində hər il yardımlar edir? Bu gün Yaxın Şərqdə baş verənlər cənab Stoltenberqin dediyilə nə dərəcədə üst-üst düşür?”.

Fuad Hüseynzadə









 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info