“NATO ABŞ-a Rusiya ilə mübarizə üçün lazımdır”
Tarix: 01.04.2015 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


Yakob Xornberqer: “Böhran yaratmaq, “suyu
bulandırmaq” məsələsində ABŞ hərbçilərinin tayı-bərabəri yoxdur”


“Soyuq müharibə başa çatdıqdan dərhal sonra NATO-nu ləğv etmək lazım idi. NATO-nun növbəti müharibələrə cəlb olunmasına, öz hərbi bazalarını Rusiya sərhədlərinə yaxın yerləşdirməsinə nə ehtiyac vardı? Şərqi Avropa əhalisinə indi də ABŞ ordusunun xoş niyyətindən, regionu "Rusiya təcavüzündən” qorumaq barədə “nağıllar” danışırlar”.
Bu fikirlər amerikalı iqtisadçı Yakob Xornberqerə məxsusdur. “New York Times” qəzeti ABŞ hərbiçilərinin Avropadakı marşını xoş niyyətli yürüş” kimi dəyərləndirib. Amma ekspert hesab edir ki, əsgərlərinin Çexiya ərazisində yürüşün təşkil edən Vaşinqton bununla göstərmək istəyir ki, Şərqi Avropanı “Rusiya təcavüzü”ndən qorumağa hazırdır. Lakin, təəssüflə qeyd edilməlidir ki, Pentaqonun hədsiz hərbi ambisiyaları qarışılığında Moskvanın cavab tədbirləri həyata keçirmək iqtidarında olması barədə heç bir Amerika nəşri bir kəlmə belə, yazmayıb. Yakob Xornberqer yenə belə bir sorğu ilə müraciət edir: “NATO-ya əsas məqsəd kimi Ukraynanı “zəbt” edib öz hərbi bazalarını bu ərazilərdə yerləşdirmək lazımdırmı? Qəribəsi budur ki, bəzi Avropa ölkələrində hələ də ABŞ hərbçilərinin “qüsursuz” olmasına, hazırkı qarşıdurmanın mənşəyinin Moskvada olmasına inananlar var. Gəlin, həqiqətin gözünə baxa bilək. Böhran yaratmaq, “suyu bulandırmaq” məsələsində ABŞ hərbçilərinin tayı-bərabəri yoxdur. Əslində, soyuq müharibə başa çatdıqdan dərhal sonra NATO buraxılmalı idi. Yeni münaqişə ocaqları yaratmaqdansa, alyansı buraxmaq lazım idi. NATO ona görə yaşayır ki, ABŞ-a Rusiya ilə mübarizə üçün lazımdır. ABŞ-ın Şərqi Avropadakı hərbi marşı bir daha təsdiqləyir ki, ABŞ-ın federal hökumətinin milli təhlükəsizlik “qanadı” xarici siyasət məsələlərində öz şərtlərini diqtə edir”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info