Zaur Dadayev cinayəti etiraf edib
Tarix: 01.04.2015 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Rusiyalı siyasətçi Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev özünün və digər təqsirləndirilən şəxslərin cinayət törətdiyini etiraf edib. Moskva Şəhər Məhkəməsində Rusiya İstintaq Komitəsinin nümayəndəsi bildirib ki, cinayətdə təqsirləndirilən Həmzat Baxayevin əlinin olması Zaur Dadayevin ifadəsi ilə təsdiqlənib.
Müdafiə tərəfi isə H. Baxayevin 7 uşaq atası olduğunu əsas gətirərək, onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb. Rusiya İstintaq Komitəsi isə Baxayevin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməməsini məhkəmədən xahiş edib. İstintaq onun azadlığa buraxılacağı təqdirdə qaçıb gizlənəcəyi, istintaqdan yayılacağı ehtimalının yüksək olduğunu bildirib.
Qeyd olunub ki, B. Nemtsovun qətli ilə bağlı cinayət işi, sifarişçilər və qətldə əli olan digər şəxslərin axtarışları davam etdirilir. Xatırladaq ki, Nemtsov fevralın 27-də gecə saatlarında Kremlin yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Hadisə baş verən zaman onun yanında ukraynalı fotomodel Anna Duritskaya olub.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi
24.05.2019
“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək
24.05.2019
Çinin xarici işlər naziri ilk dəfə Gürcüstana səfərə gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info