Ərdoğan: “Bundan sonra yeni qaydalar tətbiq ediləcək”
Tarix: 01.04.2015 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Rumıniyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Ədliyyə Sarayına edilən hücumla əlaqədar açıqlama verərkən bunun diqqətlə araşdırılması lazım gələn ibrətverici bir hadisə olduğunu vurğulayıb.
“Anadolu” informasiya agentliyinə istinadla xəbər verir ki, Prezidentin sözlərinə görə, bundan sonra ədliyyə binalarına girişlər daxil olmaqla, bir sıra məsələlərdə yeni qaydalar tətbiq ediləcək. Terrorçular İstanbul ədliyyəsinin binasına vəkil qiyafəsi geyinərək saxta vəsiqələrlə, üzərlərində axtarış aparılmadan daxil olublar. Türkiyənin “Radical” qəzetinin verdiyi məlumata görə, onlardan biri İstanbul universitetinin hüquq fakültəsində təhsil alan 1991-ci il təvəllüdlü Şəfəq Yayla, digəri isə 1987-ci il təvəllüdlü Bəxtiyar Doğruyoldur. Qeyd edək ki, prokuror Mehmet Selim Kiraz martın 31-də İstanbul Ədalət Sarayında silahlı şəxslər tərəfindən girov götürülmüşdü. Polisin həyata keçirdiyi əməliyyat nəticəsində terrorçuların əlindən xilas edilmiş və ağır yaralı halda xəstəxanaya yerləşdirilmiş prokurorun həyatını xilas etmək mümkün olmayıb. Əməliyyat zamanı, həmçinin hər iki terrorçu öldürülüb




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info