“İranın nüvə proqramı ilə bağlı danışıqlarda anlaşma əldə edilib”.
Tarix: 02.04.2015 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Bir neçə gündən bəri İsveçrənin Lozanna şəhərində İranın mübahisəli nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair “altılıq” və İran arasında aparılan danışıqların müddəti uzadılıb.
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Meri Harf mətbuat üçün açıqlamasında bildirib ki, tərəflər arasında danışıqların uzadılmasına haqq qazandıracaq kifayət qədər tərəqqi əldə oluna bilib. Bununla belə “bir sıra çətin mövzuların” hələ də danışıqlar masası üzərində olduğu da qeyd edilib. İran və Rusiya nümayəndələri danışıqların gedişini optimist qiymətləndirərək, əsas məsələlər üzrə razılığın “əl çatacaq qədər” yaxınlıqda olduğunu bildiriblər. Qeyd edək ki, “altılıq” ölkələri və İranla bu ölkənin nüvə proqramının dinc məqsədlər üçün istifadəsini tənzimləyən Yekun Sazişin razılaşdırılması üçün son müddət martın 31-nə təyin edilmişdi. Tərəflər arasında fikir ayrılıqları mövcud olmasına baxmayaraq, onlar əsas məsələlərdə mövqelərin yaxınlaşmasını və münbit danışıqlar mühitini nəzərə alaraq müzakirələrin davam etdirilməsini qərara alıblar. TASS-ın xəbərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, İranın nüvə proqramı ilə bağlı nazirlər səviyyəsində keçirilən danışıqlarda prinsipial anlaşma əldə edilib. Onun sözlərinə görə, anlaşma Beynəlxalq Atom Enerjisi Agentliyinin xətti ilə dinc nüvə proqramının verifikasiyası, o cümlədən sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur. Nazir qeyd edib ki, ötən ilin noyabr ayında bütün aspektlərin həllinin siyasi çərçivələrinin formalaşdırılması üzrə öhdəliklər yerinə yetirilib. Lavrov bildirib ki, İran və “altılıq” ölkələrinin ekspertləri texniki detallar üzrə danışıqları iyun ayının sonunadək davam etdirəcəklər.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“WhatsApp” mesaj göndərişlərini məhdudlaşdırıb
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info