“Azərbaycan İkinci Dünya müharibəsində qələbənin qazanılmasına böyük töhfə verib”
Tarix: 02.04.2015 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


"Azərbaycan İkinci Dünya müharibəsində qələbənin qazanılmasına böyük töhfə verib. Orada Azərbaycanın oğul və qızları iştirak ediblər. 700 min nəfərə yaxın Azərbaycan vətəndaşı bu müharibədə iştirak edib. Demək olar ki, onların yarısı müharibədən geri dönməyib, öz həyatlarını qurban veriblər". Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Bakıda II Dünya müharibəsində Böyük Qələbənin 70 illiyinə həsr olunan böyük konfransda çıxışı zamanı deyib.
Ə.Mehdiyev bildirib ki, Azərbaycan arxa cəbhədə də böyük işlər görüb: "Həm neft, həm də digər təsərrüfat sahələrində qələbənin qazanılmasına öz töhfəsini verib. Ona görə də biz bu gün o qələbəni qazananlar qarşısında öz minnətdarlığımızı bir daha ifadə edərək onların hörmətini uca tutur və bu qələbəni bugünkü bizim həyatımızda, azadlığımızın təmin olunmasında və gənclərimizin yetişməsində əlbəttə ki, yüksək qiymətləndiririk. Bu baxımdan da hesab edirəm ki, bu qələbənin qeyd olunması hər il bütün dünyada, MDB məkanında olduğu kimi Azərbaycanda da təşkil olunmalıdır. Biz də bugünkü ənənələrə sadiq qalaraq bu böyük konfransı keçiririk. Azərbaycan xalqının göstərdiyi xidmətləri burada qeyd edəcəyik".
Onun sözlərinə görə, konfransda Rusiyadan Federasiya Şurasının nümayəndələri, mətbuat nümayəndələri, elmi mərkəzlərin rəhbərləri, o cümlədən müxtəlif MDB ölkələrindən – Belarusdan, Orta Asiya respublikalarından və Azərbaycanın müxtəlif elmi müəssisələrin-akademiyaların, ali məktəblərin professorları, tədqiqatçılar iştirak edirlər: "Bu, əlbəttə ki, Qələbə bayramı ərəfəsində keçirilən mühüm tədbirlərdən biridir. Azərbaycanda hər il Böyük Vətən müharibəsi, II Dünya müharibəsi nəticəsində qazanılan qələbə qeyd olunub. Həm dövlət tədbirləri ilə, həm də ayrı-ayrı təsisatlarda keçirilən müxtəlif yığıncaqlarla, dəyirmi masalarla müşayiət edilib. Bu il də Azərbaycanda qələbənin 70 illiyi dünyada olduğu kimi qeyd ediləcək. Bugünkü tədbir də həmin tədbirlər silsiləsindən biridir".
Tural




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
MN: Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun nəzarəti və müşahidəsi altrındadır
23.05.2019
Azərbaycan Avrasiya məkanında Çinin əsas tərəfdaşlarından biridir
23.05.2019
Müdafiə Nazirliyi: Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur
23.05.2019
Yohannes Kars: “Azərbaycanın həm paytaxtı, həm də bölgələri sürətlə inkişaf edir”
23.05.2019
Xədicə İsmayılın erməni sevgisi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info