Bir qrup əlilliyi olan şəxs Türkiyəyə müalicəyə göndərilib
Tarix: 02.04.2015 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara xüsusi diqqət və qayğısı həmin insanların tibbi-sosial reabilitasiyası, habelə xarici ölkələrdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkanlar yaradıb. Bu istiqamətdə aparılan məqsədyönlü işlərin uğurlu davamı olaraq, aprelin 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 28 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyə Respublikasına bərpa müalicəsinə yola salınıb. Əlilliyi olan şəxslərin yola salınması zamanı ƏƏSMN-nin nazir müavini Natiq Məmmədov həmin şəxslərin Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzində bərpa-müalicə kursu keçəcəklərini diqqətə çatdırıb: “Dənizli bölgəsi müalicəvi təbii resursları, o cümlədən mineral bulaqları, şəfalı suyu, təbii palçıq sahələri və s. ilə zəngin bir sanator-kurort məkanı kimi dünyada məşhurdur. Buradakı Nobel Tibb mərkəzi səmərəli fizioterapevtik müalicə metodları (hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s.), peşəkar həkim-reabilitoloq personalı və xidmət səviyyəsi ilə nüfuz qazanmış bərpa müəssisələrindən biridir. Mərkəzdə bölgənin qeyd olunan müalicəvi təbii potensialından geniş istifadə olunmaqla yanaşı ən müasir tibbi reabilitasiya vasitələri tətbiq olunur və aparılan bərpa-müalicə prosedurları əlilliyi olan şəxslərin səhhətində ciddi yaxşılaşma yaradır”.
N.Məmmədov bildirib ki, ölkədə bütün sosial proqramların cari ildə də uğurla davam etdirilməsi əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili sahəsində də özünü göstərir: “Bu il ərzində nazirlik tərəfindən 115 nəfər əlilliyi olan şəxsin və valideynlərindən birinin müşaiyəti ilə 75 nəfər sağlamlıq imkanları məhdud uşağın, ümumilikdə 190 nəfərin xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili nəzərdə tutulur. Bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 20 faizədək çoxdur”.
Nazir müavini qardaş ölkəyə bərpa-müalicəsinə yola salınan şəxslərin orada 5 ulduz oteldə yerləşdiriləcəklərini, onların bərpa müalicəsinə nəzarət etmək, habelə müvafiq reabilitasiya təcrübəsinin öyrənilməsi məqsədilə ƏƏSMN-nin bir nəfər həkiminin Türkiyəyə ezam olunduğunu da qeyd edib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info