Heydər Əliyevin xatirəsinə həsr olunan turnirin püşkü atıldı: Mükafatçılar eyni qrupda!
Tarix: 02.04.2015 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


“AtaBank” ASC-nin dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupunun və “Synergy Group” ASC əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışının püşkatma mərasimi keçirilib. “AtaBank”ın baş ofisinin konfrans zalında təşkil edilən mərasimdə turnirə qatılacaq 16 komanda rəqibini tanıyıb.
Püşkün nəticəsinə əsasən komandalar 4 qrupa bölünüb. Qrup mərhələsindən sonra ilk 2 yeri tutan komanda 1/4 finala vəsiqə qazanacaq. Bu mərhələnin qalibləri yarımfinal, 3-cü yer və final mərhələsində iştirak edəcək.
Qruplara və komandaların gücünə nəzər saldıqda matçların kifayət qədər gərgin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar. Püşkə əsasən son çempion “No Name”lə gümüş medalçı “VTB Bank” eyni “dördlük”də yer alması da buna əyani sübutdur. Maraqlıdır ki, kor püşk ötən mövsüm yarımfinalda uduzaraq 3-cü yer uğrunda oyunda bir-birini sınağa çəkən “Gobustone”la “First United”u da daha erkən üz-üzə qoyub (həmin qarşılaşmada “Gobustone” qalib gəlmişdi).
Çempionata aprelin 4-də start veriləcək. AzFar stadionunda (Tennis akademiyası ilə üzbəüz) təşkil olunacaq yarış AFFA-nın hakimlər briqadası tərəfindən idarə ediləcək. Şənbə və bazar günlər keçiriləcək qrup mərhələsinin matçlarına aprelin 19-da yekun vurulacaq.
Yarışda çempiona 4000, 2-ci yeri tutacaq komandaya 3000, 3-cü pillənin sahibinə isə 2000 manat pul mükafatı veriləcək. Həmçinin turnirin ən yaxşıları da hədiyyəsiz qalmayacaqlar. Yarışın ən yaxşı oyunçusu, bombardiri və qapıçısı hərəyə 500 manatla mükafatlandırılacaq.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info