Şuranın dəstəyi ilə Romada ictimai iştirakçılığın Azərbaycan modeli təqdim olunub
Tarix: 02.04.2015 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyaya səfəri çərçivəsində “İdarəetmədə ictimai iştirakçılıq: Azərbaycan modeli” mövzusunda konfransda iştirak edib. Bu barədə şuradan məlumat verilib.
Şuranın dəstəyi, İtaliya Coğrafiya Cəmiyyətinin (İCC) və İtaliya-Azərbaycan Assosiasiyasının (İAA) birgə təşkilatçılığı ilə keçirilmiş konfransın məqsədi ötən il ölkəmizdə qəbul olunmuş “İctimai iştirakçılıq haqqında” qanunu İtaliya ictimaiyyətinə təqdim etmək, müvafiq sahədə Azərbaycan təcrübəsini bölüşməkdir. İAA-nın sədri xanım Paola Kasaqrandenin moderatorluğu ilə keçirilən konfransda ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri, İtaliya ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Sercio Divina çıxış edərək ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib. Senator münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində ölkələrimizin parlamentlərarası dostluq qruplarının rolunun böyük olduğunu bildirib. Senator S.Divina diqqətə çatdırıb ki, İtaliya vətəndaş cəmiyyətinin formalaşdığı tarixi mərkəzlərdən biri olsa da QHT-lərlə hökumət arasında etimad və əməkdaşlıq mühiti lazımi səviyyədə deyil: “İctimai iştirakçılıqla bağlı isə qanunvericiliyimiz mövcud deyil. Bu baxımdan Azərbaycanda QHT-hökumət münasibətləri sahəsində yaradılmış mexanizm təqdirəlayiqdir və biz bunu İtaliyada da tətbiq etməliyik”.
İCC-nın fəxri prezidenti, professor Franko Salvatore Qafqaz bölgəsinin önəmli elm və mədəniyyət mərkəzlərindən biri kimi İtaliya üçün hər zaman böyük maraq kəsb etdiyini deyib. F. Salvatore vurğulayıb ki, Aralıq dənizi ölkələrində vətəndaş cəmiyyətinin formalaşmasında və onların ictimai həyatda rolunun artmasında Qafqaz regionunun, xüsusilə Azərbaycanın böyük töhfəsi olub: “Bəşəriyyətin elm və mədəniyyət sahələrində qazandığı uğurlarda Azərbaycanın özünəməxsus yeri var. Qədim tarixə malik olan bu ölkədə “vətəndaş cəmiyyəti” anlayışına xüsusi və öyrənilməyə layiq yanaşma mövcuddur. Azərbaycanda müşahidə olunan iqtisadi və mədəni inkişafı diqqətlə izləyirik. Bu kontekstdə ölkələrimiz arasındakı əlaqələri daha da inkişaf etdirməyin vacibliyini anlayırıq. Tarixçilərimiz, tədqiqatçılarımız, mütəxəssislərimiz birgə çalışmaqla əməkdaşlığımızı davamlı tərəqqiyə yönəltmək istiqamətində faydalı işlər görə bilərlər”.
İtaliyada vətəndaş cəmiyyətinin səsini eşitdirmək üçün vahid mexanizmin mövcud olmadığını deyən F.Salvatore Azərbaycanın ictimai iştirakçılıq sahəsində əldə etdiyi müsbət təcrübəni və yaratdığı modeli dərindən öyrənməyin və onu İtaliyada tətbiq etməyin faydalı ola biləcəyini vurğulayıb.
Konfransda çıxış edən Şura sədri Azay Quliyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi uğurlardan, ictimai iştirakçılıq və vətəndaş cəmiyyəti sahələrində ölkəmizdə görülən işlərdən, İtaliya ilə əlaqələrdən danışıb.
İctimai iştirakçılığın Azərbaycan modeli ilə bağlı məlumat verən Şura sədri hazırda ölkəmizdə 4066 qeyri-kommersiya təşkilatının, 3020 QHT-nin fəaliyyət göstərdiyini qeyd edib. Azay Quliyev bu gün QHT-lərin fəaliyyətindən yararlanan insanların sayının iki milyona yaxın olduğunu bildirib. Vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün qanunvericilik bazasının yaradılmasının vacibliyini vurğulayan A. Quliyev ölkəmizdə bu istiqamətdə müsbət nəticələr əldə edildiyini diqqətə çatdırıb. Dövlətlə QHT-lər arasında əlaqələndirici mexanizmin olmasının önəmini vurğulayan Şura sədri rəhbərlik etdiyi qurumun bu zərurətdən yarandığını bildirib. Qeyd edib ki, Şura qht-lərə konsultativ, məlumat, texniki, maddi və digər sahələrdə hərtərəfli dəstək verir. 11 Şura üzvünün 8-i QHT nümayəndələrindən, 3-ü isə müxtəlif dövlət qurumlarının təmsilçilərindən ibarətdir. Şura indiyədək milli QHT-lərin 3 mindən artıq layihəsini maliyələşdirib: “Ölkəmizdə “İctimai iştirakçılıq haqqında” qanunun qəbulu ilə müvafiq sahədə mühüm irəliləyişlər əldə edilib. Biz açıq şəkildə ictimai iştirakın məqsədlərini müəyyənləşdirmişik. Əsas hədəflərimiz vətəndaşların dövlət idarəçiliyində yaxından iştiraka cəlb olunması, hökumətin fəaliyyətinə ictimai nəzarəti təmin etmək, yerli icra hakimiyyəti orqanları ilə ictimaiyyət arasında səmərəli əlaqələr qurmaqdır. Mühüm məqamlardan biri də hökumətin fəaliyyətində şəffaflığı təmin etməkdir”.
Konfrans mövzu ətrafında müzakirələrlə davam etdirilib, Azərbaycanda ictimai iştirakçılıq təcrübəsi ilə bağlı suallar cavablandırılıb.
Xatırladaq ki, səfər Azərbaycan hökuməti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən dəstəklənən və Şərq-Qərb İdarəetmə İnstitutunun icra etdiyi “Azərbaycanda sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində həyata keçirilir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info