Çexiya səfirliyi Bakıda viza mərkəzini açacaq
Tarix: 02.04.2015 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Çexiyanın Azərbaycandakı Səfirliyi viza üçün sənədlərin verilməsi prosesində edəcəyi dəyişikliklərlə Azərbaycan və xarici vətəndaşlarına xidməti daha da təkmilləşdirmək məqsədi ilə Bakıda Viza Mərkəzi açacaq.
Səfirlikdən verilən məlumata görə, mərkəzin açılması nəticəsində bəzi xoşagəlməz halların qarşısının alınması üçün sənəd qəbulunda dəyişikliklər aparılacaq.
Aprelin 6-dan başlayaraq viza üçün sənədləri həm viza mərkəzində, həm də Çexiya Səfirliyinin Konsulluq şöbəsində yalnız ilkin qeydiyyata düşməklə təqdim etmək mümkün olacaq. Qeydiyyat bazar ertəsi – cümə günlərində saat 09.00-dan – 13.00-dək və 14.00-dan – 16.00-dək aşağıda göstərilən telefon nömrəsi ilə keçiriləcək: +994 12 404 76 38
Aprelin 27-dən başlayaraq sənədlərin qəbulu ancaq qeydiyyata düşənlər üçün mümkün olacaq. Bu tarixdən etibarən qeydiyyata düşməyən şəxslərin sənədləri Çexiya Səfirliyinin Konsulluq şöbəsində və həmçinin Viza Mərkəzində qəbul edilməyəcək.
Viza Mərkəzi Bakı şəhəri, Xocalı prospekti 37, Demirçi Tower, 2-ci mərtəbə ünvanında yerləşəcək (Xətai metro stansiyasının yanında). Viza mərkəzinin rəsmi saytı:www.vfsglobal.com
Sənədlərin qəbulu bazar ertəsi-cümə saat 09.00-dan – 16.00-dək keçiriləcək. Pasportların verilməsi bazar ertəsi-cümə saat 11.00-dan – 17.00-dək keçiriləcək.
Mərkəz yalnız qısamüddətli şengen vizasına sənədləri qəbul edəcək. Uzunmüddətli viza üçün sənədlərin qəbulu və notarial xidmətlər (sənədlərin, imzaların təsdiqlənməsi və s.) əvvəllər olduğu kimi yalnız Çexiya Səfirliyinin Konsulluq şöbəsində həyata keçiriləcək.
Yeni qaydalarla və sənədlərin qəbulu ilə bağlı bütün məlumatları aşağıda göstərilən telefon nömrəsi vasitəsilə əldə edə bilərsiniz: +994 12 404 76 38.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info