Regionlarında ilk Avropa Oyunları ilə bağlı maarifləndirmə aparılır
Tarix: 02.04.2015 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Gənclər Mərkəzi İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Turizm regionlarında ilk Avropa Oyunlarına hazırlıqla bağlı maarifləndirmə” adlı layihə çərçivəsində ilk tədbiri keçirib. 01-02 aprel 2015-ci il tarixlərində Qəbələ rayonunda həyata keçirilən tədbirdə rayon ictimaiyyət nümayəndələri, ziyalılar, turizm obyektlərinin nümayəndələri, yuxarı sinif şagirdləri, tələbə və ictimai fəal gənclər iştirak ediblər. Tədbirdə çıxış edən Gənclər Mərkəzi İB-nın icra direktoru Kənan Kamranoğlu ilk Avropa Oyunları ərəfəsində təbliğat və təşviqat üçün layihələrin icra olunması əhəmiyyətindən, qarşıda duran məqsədlərdən və görüləcək işlərdən danışıb. Azərbaycan Gənclər Fondu haqqında geniş məlumat verib. Müzakirə olunan əsas mövzular regionlarda yaşayan gənclərlə ölkəmizə gələcək xarici turistlər arasında kommunikasiyanın yaradılması, ikitərəfli əlaqələlirin genişləndirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, turizm obyektlərində işçi personalın peşəkarlıq səviyyəsinin artırılması və digərləri olub. Tədbirdə Turizmə Dəstək Gənclər Assosasiyasının sədri Pərviz Nəsirov və digər ekspertlərin çıxışı dinlənilib. İştirakçıların sualları cavablandırılıb. Sonda iştirakçılara ilk Avropa Oyunları ilə bağlı lazımı məlumatların yer aldığı bukletlər, broşurlar və cib təqvimləri təqdim olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik
21.08.2019
Masallı rayonunun Birinci Səmidxanlı ərazisində səyyar görüş
21.08.2019
Quba rayonunda baş vermiş yanğın söndürülüb
21.08.2019
Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info