Ermənilər yumurtanın bahalaşmasından narazıdırlar
Tarix: 02.04.2015 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Son illərdə iqtisadi böhranın daha da artdığı Ermənistanda hər hansı bayram öncəsi qiymət artımı da artıq adi hal alıb. Təsadüfi deyil ki, Yeni il öncəsi bu ölkədə adi şamdan tutmuş, ərzaq məhsullarına qədər qiymət artımı müşahidə olunmuşdu ki, bunu da Ermənistan mətbuatı dəfələrlə tənqidi şəkildə yayımlamışdı. İndi isə Ermənistanın gündəmini bahalaşan yumurta məsələsi zəbt edib. Belə ki, ölkə boyu vətəndaşlar yumurtanın qiymətinin qalxmasından narazılıq ediblər.
Erməni KİV-lərinin yaydığı məlumata görə, aprelin 5-də erməni apostol kilsəsi tərəfindən qeyd ediləcək Pasxa ərəfəsində yumurtanın qiyməti əhəmiyyətli dərəcədə 70 dramadək (16 qəpik) yüksəlib. Bu, isə ictimaiyyətin geniş etirazına səbəb olub.
Yaranan ictimai narazılığı yatırtmaq üçün "İstehlakçıların Mənafeyinin Qorunması" İctimai Təşkilatının sədri Babken Pipoyan mətbuat konfransı keçirib və məcburi qaydada yalan informasiyalar verib. O deyib ki, yumurta bəzi mağazalarda çox aşağı qiymətə - 45-55 drama satılır. Bu yumurtalar kiçik yox, orta ölçülüdür.
B.Pipoyan bildirib ki, bu il keçən illərdən fərqli olaraq yumurta idxal olunmayıb. Bununla əlaqədar olaraq hazırda satış şəbəkəsinə anbarlardan böyük miqdarda yumurta partiyası bazarlara çıxarılıb.
İctimai təşkilatın sədri istehlakçıları yumurta alan zaman onların səthinə, təzəliyinə mütləq diqqət yetirməyə də çağırıb. Onun sözlərinə görə, bunu yumurtanın qabığının köməyi ilə müəyyənləşdirmək olar: yumurta bərabər ölçüdə, ağ və təmiz olmalıdır. Əgər yumurtanın qabığı süd rəngindədirsə, bu, məhsulun təzə olmadığını göstərir.
Təbii ki, müstəqil erməni ekspertlərin də düşündüyü kimi, bu, ölkədə iqtisadi böhranın təzahürüdür. Yerli istehsalı olmadığına görə ərzaq çatışmazlığı problemi ilə üzləşən İrəvanda bu gün yumurta ilə bağlı ciddi problemlər yaranırsa, yəqin ki, yaxın zamanlarda insanların çörək davasına çıxması da qaçılmazdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info