“Mayın 31-nə kimi Bakıda tədris prosesi və imtahan sessiyası başa çatdırılacaq“
Tarix: 02.04.2015 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Bu il Avropa Oyunlarının Bakıda keçirilməsi səbəbindən keçən ilin oktyabr ayında Nazirlər Kabinetinin qəbul etdiyi xüsusi qərarı ilə təhsil müəssisələrində tədris ilinin müddətinə müəyyən düzəlişlər edilib. Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, 31 may tarixinə kimi bütün təhsil müəssisələrində - ümumi təhsil, ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesi və imtahan sessiyasının başa çatdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, çox sevindirici bir haldır ki, Avropa Oyunlarının keçirilməsi tələbələr, şagirdlər arasında çox müsbət qarşılanır: “On minlərlə könüllü məhz təhsil sistemindən bu oyunları dəstəkləmək və öz töhfəsini vermək üçün qoşulub. Bu bizi çox sevindirir. Bu istiqamətdə biz lazım olan dəstəyi həm könüllülərə, həm də müvafiq təhsil müəssisələrinə verməyə hazırıq. Təhsil sisteminin hər bir üzvünü - həm təhsilverənləri, həm də təhsil alanları Avropa Oyunlarına daha yaxından iştirak etməyə çağırıram. Bu, Azərbaycanın idman tarixi və ictimai həyatında çox böyük bir hadisədir".
Qeyd edək ki, ötən gün Nazirlər Kabinetinin qərarına əsasən, Avropa Oyunları ilə əlaqədar Bakıda iş vaxtı rejimi dəyişdirilib. Bu dəyişiklik növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlərə şamil edilməyəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10120

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info