Yegiazaryan Ermənistan iqtisadiyyatındakı tənəzzüldən danışdı
Tarix: 02.04.2015 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Dünya Bankı bu il Ermənistanda iqtisadi artımın sıfıra enəcəyini proqnozlaşdırsa da, bir sıra erməni iqtisadçılar məsələnin daha da fəlakətli nəticələnəcəyini proqnozlaşdırırlar.
Belə düşünənlərdən biri iqtisadçı ekspert Aşot Yegiazaryandır.
“Son iki ayda Ermənistan iqtisadiyyatında müşahidə edilən tənəzzül göstərir ki, ili sıfırla deyil, mənfi göstərici ilə başa vuracağıq. Mən bilmirəm, nə baş verməlidir ki, ili, heç olmazsa, sıfır göstərici ilə başa vuraq?”, - deyə iqtisadçı vurğulayıb.
Erməni mətbuatı yazır ki, Aşot Yegiazaryanın fikrincə, Ermənistanda artım göstəricisini mənfidən xilas edərək sıfıra yaxınlaşdırmaq üçün yeni sərmayələr cəlb edilməlidir ki, bu da onun fikrincə, yalnız Qərbdən gələ bilər.
Ermənistanın Avrasiya İttifaqına girməsindən sonra Qərbin bu ölkəyə sərmayə yatıra biləcəyi inandırıcı görünmür. Rusiyaya qarşı sanksiyalar tətbiq edən Qərb çətin ki, onun müstəmləkəsinə sərmayə yatırsın.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info