AGAT rəsmisi Gənc Avropa Federalistlərinin tədbirində iştirak edib
Tarix: 02.04.2015 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) və JEF Azərbaycan təşkilatının sədr müavini Nərgiz Xələf İsveç Krallığının Uppsala şəhərində keçirilən Gənc Avropa Federalistlərinin (JEF) Federal Komitəsinin Görüşündə iştirak edib. AGAT-dan bildirilib ki, tədbirdə Avropa Birliyi ölkələri, eləcə də Türkiyə və Azərbaycan iştirak edib. Görüşün ilk günü Avropa Parlamentinin nümayəndəsi Sisiliya Vikstrom ilə müzakirə keçirilib. Avropa Parlamentində müzakirəyə çıxarılan gənclər siyasətinə dair “Strateji Dialoq” proqramının təqdimatında təkliflərin verilməsi və müzakirələrdə fəal iştirak etdiyi üçün JEF Azərbaycanın xüsusi qeyd olunub. Qeyd edək ki, proqram gənclərin daha da aktivləşməsini və güc strukturlarında təmsil olunmasının artırılmasına xidmət edir. Növbəti ay Luksemqburq Krallığında Avropa Birliyinə daxil olan ölkələrin aidiyyəti nazirləri proqram üzrə müzakirələrə başlayacaq.
Parlament üzvü ilə görüşdə Nərgiz Xələf Qafqaz regiondakı münaqişələr, sülh quruculuğu, Avropaya inteqrasiya prosesində AB ölkələrinin ordusunun yaradılması, Ukrayna-Rusiya müharibəsi, miqrantların sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı müzakirələrdə iştirak edib fikir bildirib.
Federal Komitənin görüşündə AGAT/JEF Azərbaycan JEF Almaniya və JEF Fransa ilə birgə layihənin həyata keçirilməsini qərara alıblar. Bu ilin may ayında Almaniyanın paytaxtı Berlin şəhərində keçiriləcək tədbirdə layihənin detalları müzakirə olunacaq.
Nəzərinizə çatdıraq ki, Gənc Avropa Federalistlər (JEF) 1950-ci ildə yaradılıb və hal-hazırda 35 ölkə şəbəkyə üzvdür. Azərbaycan 2013-cü ildə etibarən Avropanın ən böyük şəbəkə təşkilatının üzvüdür. İldə iki dəfə keçirilən Federal Komitənin görüşünün məqsədi Avropanın müəyyən problemləri qabartmaq, problem üzrə mövzuları müzakirə edib, onun həlli yollarını axtarıb tapmaqdır. Daha sonra onun realizə edilməsi üçün iş aparmaqdır. JEF şəbəkəsinin çıxartdığı nəticələr Avropa Parlamentinə ötürülür.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni ən böyük sosial layihəsinə start verir
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info