Zakir Həsənov: “Ermənistan üç dövlətə qarşı öz işğalçılıq siyasətini və ərazi iddialarını davam etdirir”
Tarix: 02.04.2015 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin Tiflisdə keçirilən üçtərəfli görüşü başa çatıb.
Görüşdən sonra hər üç nazir jurnalistlər üçün mətbuat konfransı keçirib.
Gürcüstanın müdafiə naziri Mindia Canelidze görüşün səmərəli keçdiyini və aparılan danışıqların qarşılıqlı əməkdaşlığının möhkəmləndirilməsinə və inkişafına xidmət edəcəyini bildirib: “Bizim görüşlərimiz yeni imkanlar açır, dostluq əlaqələrini möhkəmləndirir”.
Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz növbəti üçtərəfli görüşün bu ilin payızında Türkiyədə keçiriləcəyini söyləyib.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da üçtərəfli görüşü yüksək qiymətləndirib və böyük əhəmiyyət daşıdığını bəyan edib: “Bu gün keçirdiyimiz görüşdə çox mühüm və faydalı məsələlər müzakirə olundu. Silahlı qüvvələrin inkişafı məsələləri ilə bağlı çox mühüm mesajlar verildi. Bunlarla yanaşı, xüsusi olaraq qeyd edildi ki, həm siyasi, iqtisadi, həm də təhlükəsizlik baxımından bu əməkdaşlıq çox vacibdir. Biz qarşılıqlı təhsil mübadiləsini də həyata keçirməyi planlaşdırmışıq”.
Z. Həsənov görüşdə regionda mövcud olan təhlükələr barədə də məlumat verdiyini vurğulayıb: “Qeyd etdim ki, Ermənistan hər üç dövlətə qarşı öz işğalçılıq siyasətini və ərazi iddialarını davam etdirir, bizim mədəni-tarixi abidələrimizi məhv edir. Biz bu vacib məsələləri diqqətdə saxlamalıyıq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb
14.09.2019
Adam Draper ilə virtual reallıqda təlim təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info