Hərb Tarix Muzeyində Kəlbəcərin işğalı ilə bağlı tədbir keçirlib
Tarix: 02.04.2015 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Hərb Tarix Muzeyində Kəlbəcər rayonunun işğal günü ilə bağlı tədbir keçirlib. İlk olaraq Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla anılıb. Tədbirdə çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev bildirib ki, Ermənistan silahlı qüvvələri Kəlbəcərin işğal etməklə və dinc insanları qətlə yetirməklə işğalçılıq siyasətlərini davam etdirəcəklərini göstərdilər: “Təəssüf ki, o zamankı siyasi vəziyyət və başqa səbəblər buna təsir göstərirdi. Belə ki, vahid ordumuzun olmaması, siyasi hakimiyyətdə yaşanan xaos işğal prosesini sürətləndirdi. Bundan da istifadə edən düşmən işğalçılıq siyasətini həyata keçirdi”. Millət vəkili bu gün güclü ordumuzun olduğunu qeyd edərək, ordumuzun istənilən zaman torpaqlarımızı azad etməyə qadir olduğunu bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışında bildirib ki, işğal altında qalan torpaqlarımız azad olunacaq. Son günlər düşmənin xeyli sayda itkilər verməsi buna misaldır, bundan sonra da düşmən ordusunun bütün təxribatlarının qarşısı alınacaq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info