İstanbulda terror təşkilatına qarşı əməliyyat keçirilib
Tarix: 02.04.2015 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


İstanbulda DHKP-C (Devrimci Halk Kurtuluş Partisi-Cephesi) terror təşkilatına qarşı əməliyyat keçirilib.
İstanbul Əmniyyət Müdirliyinin (polis idarəsi) Terrorla mübarizə və Kəşfiyyat şöbələrinin əməkdaşları Okmeydanında əvvəlcədən müəyyənləşdirdikləri bir sıra ünvanlara daxil olaraq bəzi şəxsləri həbs ediblər. Saxlanılan şübhəli şəxslər barədə hələlik məlumat verilmir. Əməliyyat davam etdirilir.

Xatırladaq ki, martın 31-də DHKP-C marksist-leninçi terror təşkilatının 2 üzvü İstanbuldakı Ədliyyə Sarayına daxil olaraq 14 yaşlı Berkin Əlvanın öldürülməsi ilə bağlı cinayət işinin istintaqını aparan prokuror Mehmet Səlim Kirazı girov götürüb. Prokurorun azad edilməsi üçün aparılan əməliyyat zamanı hər iki terrorçu məhv edilib, yaralanan prokuror xəstəxanada dünyasını dəyişib. Aprelin 1-də axşam isə İstanbulun Vətən prospektində yerləşən Əmniyyət Müdirliyinin binasına silahlı hücum olub. Atışma zamanı bir nəfər terrorçu qadın öldürülüb. İki polis və bir mülki şəxs isə yaralanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info