“ASAN xidmət”in Brüsseldə təqdimatı keçirildi
Tarix: 02.04.2015 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Brüsselə səfər edib. Agentlikdən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti aprelin 1-də “Uğurlu elektron hökumət proqramlarının inkişaf etdirilməsində institusional şərtlər” mövzusunda keçirilmiş konfransda iştirak edib.
Elektron hökumət, açıq məlumat bazalarının yaradılması, ”ASAN xidmət” təcrübəsinin üstünlükləri və Avropada tətbiqinin əhəmiyyəti tədbirin əsas müzakirə mövzuları olub.
Konfransda Belçika İnformasiya Mərkəzinin baş direktorunun müavini Robert Herzel açılış nitqində vətəndaşlara xidmət və elektron hökumət sahəsində dövlət strukturlarının fəaliyyətindən, Belçika təcrübəsindən və daha innovativ üsulların tətbiqinin vacibliyindən danışıb.
Azərbaycanın Belçika Krallığındakı səfiri Fuad İsgəndərov isə Azərbaycanda elektron hökumət sahəsində görülən tədbirlərdən və “ASAN xidmət” modelindən, habelə Dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın uğurlu təcrübəsindən, Azərbaycan-Belçika və Azərbaycan-Avropa İttifaqı arasında əməkdaşlığın rolundan danışıb.
Tədbirdə “Vision” təşkilatı tərəfindən hazırlanmış “Vətəndaşlarla dövlət arasında əlaqələrin təkmilləşdirilməsində ağıllı texnologiyalardan və yaradıcılıqdan istifadə: Azərbaycan modeli” adlı hesabatın təqdimatı da keçirilib.
Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Azad Cəfərli “ASAN xidmət” mərkəzlərinin yaradılması, əhaliyə tez, rahat və keyfiyyətli xidmətlər göstərilməsinə yönəlmiş fəaliyyətin əsas istiqamətləri barədə məlumat verib. Daha sonra "İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru Kamran Aqasi Mərkəzlərin iş prinsipindən, keyfiyyət standartları və əməkdaşların seçim qaydalarından danışıb. Bildirib ki, qurumun ən önəmli hədəflərindən biri şəffaflığı təmin etmək və vətəndaş məmnunluğunu artırmaqdır. Həmçinin qeyd edilib ki, son iki ildə mərkəzlər tərəfindən 4 milyondan artıq müraciət qeydə alınıb.
Tədbirin sonunda müvafiq mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Gələcəkdə Azərbaycan, İtaliya, Belçika arasında qabaqcıl təcrübənin tətbiqi, digər ölkələrə çatdırılması istiqamətində əməkdaşlıq və işgüzar əlaqələri davam etdirmək ümumi fikir kimi dəstəklənib.
Tədbirdə həmçinin Brüssel İnformasiya Mərkəzinin nümayəndəsi Fransua Du Mortyer, Avropa Siyasəti Mərkəzi təşkilatının nümayəndələri, Federal İnformasiya-kommunikasiya qurumunun rəsmiləri, ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri, Brüssel ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, martın 30-da oxşar mövzuda Romada “ASAN xidmət” modelinin təqdimatı keçirilib. Tədbirdə bu modelin dünyanın bir çox ölkələrində nümunə kimi istifadə olunduğu vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info