“Ərəb inqilabı”ndan sağ qalanlar Avropaya keçərkən dənizdə boğulurlar
Tarix: 02.04.2015 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


“The Guardian”: “Bu il Aralıq dənizində boğulan miqrantların sayı rekord həddə çatacaq”

2015-ci ilin birinci rübündə 500 nəfərə yaxın miqrant Aralıq dənizində batıb ki, bu da 2014-cü ilin qeyd edilən dövrü ilə müqayisədə 10 dəfə çoxdur. Bu isə cari ildə həmin dənizdə batanların sayının rekord həddə çatacağını deməyə əsas verir. Çünki Aralıq dənizindəki bu boğulma prosesi qarşısıalınmaz bir olaya çevrilib. Bu barədə “The Guardian” yazır. Qeyd edilir ki, Aralıq dənizindəbatanlar əsasən, Avropaya köçmək və orada sığınacaq, yurd tapmaq istəyənlərdir: “Konkret rəqəmlə ifadə edilsə, bu ilin ilk rübündə 486 nəfər sığınacaq axtaran dənizdə boğulub. 2014-cü ilin ilk rübündə isə cəmi 46 nəfərin bu dənizdə batdığını müqayisə etsək, builki boğulanların 10 dəfədən də çox olduğunu görmək çətin deyil. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən məlumat verilib”.

“Belə görünür ki, Avropa Birliyi son oktyabrda oradan çıxarılmış tammiqyaslı İtalyan Xilasetmə Əməliyyatının əvəzlənməməsi ilə bağlı qərara gəlib. Həmçinin dəniz üzərindən keçmə cəhdlərinin və dəniz boyu baş verən bədbəxtliklərin cilovlanmaması qərarı da bu qəbildəndir”

Daha maraqlı məsələ odur ki, dənizlə Avropaya köçmək istəyən miqrantların sayının kəskin şəkildə artmasına baxmayaraq, Avropaya gəlib çata bilən miqrantların sayı əvvəlki kimi qalıb: “Bu ondan xəbər verir ki, Avropa Birliyi son oktyabrda oradan çıxarılmış tammiqyaslı İtalyan Xilasetmə Əməliyyatının əvəzlənməməsi ilə bağlı qərara gəlib. Həmçinin dəniz üzərindən keçmə cəhdlərinin və dəniz boyu baş verən bədbəxtliklərin cilovlanmaması qərarı da bu qəbildəndir”.
O da qeyd edilir ki, bu ilin birinci rübündə dənizdə baş verən ölüm hallarının 2014-cü ilin ilk rübündəki ölüm halları ilə müqayisəsi və burda görünən kəskin fərq deməyə əsas verir ki, 2015-ci ildə ümumilikdə baş verəcək boğulma halları ötənilki 3419 nəfərlik ümumi boğulma sayını ötüb keçəcək: “Halbuki ötən il də boğulanların sayı əvvəlki illəri keçərək rekord həddə çatmışdı”.
Buradan görünür ki, Aralıq dənizini keçmək istəyən və əsasən, Əlcəzair, Misir, Liviya kimi ərəb ölkələrindən olan miqrantlar hər il daha çox sayda dənizdə boğulurlar…
Əlavə edək ki, 2011-ci ildə baş verən “ərəb baharı” nəticəsində bu cür miqrantlar Avropa ölkələrinə dəniz yolu ilə axın etməyə başladılar və ildən-ilə onların axınlarının sayı daha da çoxaldı. Təbii ki “ərəb baharı”nın nəticələri həmin ölkələrin əhalisi üçün tamamilə faciəvi oldu: kütləvi qırğınlar, əhalinin sayının kəskin azalması, vətəndaş müharibəsi, infrastrukturun dağılması, xarici dairələrin qurduqları planlar əsasında bu ölkələrin təbii sərvətlərinin, pul, qızıl ehtiyatlarının talanması və sair. Nəticədə viran qalmış ölkələrini tərk edən əhalinin bir qisminin nəsibi də dənizdə boğulmaqdır. O da göründüyü kimi, Avropa Birliyi miqrantların dənizlə hərəkəti üzündən sularda xilasetmə əməliyyatını da dayandırıb. Əlbbəttə, “ərəb baharı” nəticəsində kütləvi sayda müsəlmanların, asiyalıların öz ölkələrində qırılmasına laqeyd yanaşan, bir çox məqamlarda buna xüsusi şərait yaradılmasına rəvac verənlərin indi bu qırğınların dənizdə baş verməsini soyuqqanlıqla izləmələri “anlaşılandır”. Həmçinin, bu gün ciddi iqtisadi böhranlarla üzləşən Avropa ölkələri, həmin miqrantların dənizdə boğulmaqdan qurtulanları və “qoca qitə”yə ayaq basanları normal qarşılaması da mümkün deyil. Çünki həmin yollarla ərəb ölkələrindən Avropaya gələn miqrantların ən pis gündə olan səfillər kimi qitə ölkələrinin küçələrində günlərini saydıqları, diskriminasiyaya məruz qaldıqları, heç bir sığınacaq tapa bilmədikləri ilə bağlı kadrlardan əksər insanlarımızın da xəbəri var. Bu bir daha onu göstərir ki, həmin ərəb ölkələrinin əhalisi 2011-ci ildə aldadılıb xaosa, vətəndaş müharibəsinə, qırğın və talanlara sürükləndikləri kimi, indi nə öz ölkələrində, nə də Avropada özlərinə yer tapa, normal həyat sürə bilmirlər və ölümün ağuşuna buraxılıblar…

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info