Ərzurumlu qonaqlar Naxçıvan Dövlət Universitetində
Tarix: 02.04.2015 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Türkiyənin Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçakın rəhbərlik etdiyi 23 nəfərlik nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub. Görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan və Türkiyə arasındakı dostluq və birliyin təməlindən, bugünkü inkişafından danışıb. Rektor universitetinin tarixi, strukturu haqqında məlumat verərək qeyd edib ki, dünyanın 80-dən çox tanınmış universiteti ilə tərəfdaşlıq edən bu ali məktəb Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Qardaş ölkənin 40-a yaxın ali təhsil ocağı ilə, o cümlədən Ankara, Ərdahan, Van Yüzüncü İl, Kocaeli, Qars Qafqaz, Elazığ, Ərzincan universitetləri ilə elmi əməkdaşlıq bu gün də uğurla davam etdirilir. Bu əlaqələrin təməli 1992-ci ildə Ərzurum Atatürk Universiteti ilə əməkdaşlıq vasitəsilə qoyulub. Tibb fakültəsinin və baytarlıq ixtisası tələbələri müxtəlif vaxtlarda bu ali təhsil müəssisəsində təcrübədə olublar, müştərək konfranslar keçirilib. Təsadüfi deyil ki, 2012-ci ildə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə universitetlərarası elmi-mədəni əlaqələrin inkişafı sahəsindəki xidmətlərinə görə Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçak Naxçıvan Dövlət Universitetinin fəxri doktoru seçilib. Rektor vurğulayıb ki, 2011 və 2012-ci illərdə yenilənən universitetlərarası əməkdaşlıq müqaviləsi bundan sonra da elm və təhsilin inkişafı istiqamətində öz bəhrələrini verəcək.
Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçak türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin birlik, dostluq və sədaqət ideyalarının əzmlə davam etdirilməsinin zəruriliyindən bəhs edib. Rektor qeyd edib ki, Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığın inkişaf etdirilməsi bundan sonra da diqqət mərkəzində olacaq. Ərzurum Atatürk Universitetinin prorektoru Mehmet Takkaç 20 fakültə, 7 institut və 10-a yaxın peşə məktəbinin fəaliyyət göstərdiyi universitetdə on minlərlə tələbənin ali təhsil aldığını diqqətə çatdırıb. Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid, tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev, elmi işlər üzrə prorektor, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev universitetin dünya təhsil sisteminə inteqrasiyasından, elmi nailiyyətlərindən danışıblar. Elm və tədris sahəsində, o cümlədən tibb, baytarlıq, incəsənət, memarlıq sahələrində universitetlərarası əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub. Türkiyəli qonaqlar İnformasiya-kommunikasiya texnologiyaları Mərkəzinin, rəqəmsal formatda yayımlanan universitet televiziyasının və “Nuhçıxan” radiosunun, mətbuat şöbəsinin fəaliyyəti ilə tanış olublar.
Mehriban SULTAN
Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri









 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib
20.04.2019
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb
20.04.2019
Bu günün havası - Yağış hələ yağacaq...
20.04.2019
Lerik və Yardımlı rayonlarına qar yağıb
19.04.2019
Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info