Avropa Məhkəməsi Ermənistanı cərimələdi
Tarix: 02.04.2015 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həbsdə olan dörd erməni vətəndaşına qarşı qeyri-insani hərəkətlərə yol verən Ermənistan hakimiyyətini 71 min avro məbləğində cərimələyib.
AzərTAc-ın xəbərinə görə, Strasburq Məhkəməsi Ermənistan rəsmilərinin özbaşınalığından, məmurların korrupsiyaya qurşanmalarından, prezident Serj Sarkisyanın hakimiyyətə gəlməsindən narazı olan insanların 2008-ci il may ayında keçirdikləri dinc nümayiş zamanı polisin onlara göstərdiyi zorakılıq hərəkətlərini, çoxlu sayda nümayişçinin həbs edilməsini qətiyyətlə pisləyib və bu hadisəni ölkədə insan haqlarının pozulması kimi dəyərləndirib.
Ermənistanda insan haqlarının hüquq mühafizə orqanları tərəfindən tez-tez pozulduğunu qeyd edən Avropa Məhkəməsi məhkəmə prosesləri zamanı İnsan Haqlarına dair Avropa Konvensiyasının müddəalarının Ermənistan hakimiyyəti tərəfindən kobud şəkildə pozulduğunu, müttəhimlərə qarşı qeyri-insani hərəkətlərə yol verildiyini bildirib və dövlət rəsmilərindən belə hallara son qoyulması üçün ciddi addımlar atmağı tələb edib.


Fuad




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
İsrailin Baş naziri Moskvaya səfərini təxirə salıb
20.02.2019
İngiltərədə Mühafizəkarlar partiyasından olan üç deputat partiya sıralarını tərk edib
20.02.2019
Suriyanın yeni konstitusiyası hazırlanacaq
20.02.2019
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriya mәsәlәsi ilә bağlı xәbәrdarlıq edib
20.02.2019
Avstraliyadakı quraqlıq uşaqların psixi inkişafına mənfi təsir göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info