Çempion tez müəyyənləşəcək
Tarix: 02.04.2015 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının pley-off və final mərhələsinin təqvimi açıqlanıb. Pley-off mərhələsi aprelin 4-də start götürəcək.
Həmin gün “Rabitə” “Azərreyl”i, “Azəryol” “Lokomotiv”i sınağa çəkəcək. Bu komandalar ikinci görüşə iki gün sonra çıxacaqlar. Əgər hansısa cütlükdə klublar hərəyə 1 qələbə qazanarsa, onlar 3-cü dəfə üz-üzə gələcəklər. Pley-offdan fərqli, final mərhələsində dəyişiklik edilib. Bu dəfə qalib və 3-cü yerin sahibi 3 deyil, 2 qələbənin yekununda bilinəcək. Həlledici matçlar isə aprelin 10-da və 12-də olacaq. Ehtiyac yaranarsa, aprelin 14-ü də oyun günü kimi göstərilib.
Qeyd edək ki, qadın voleybolçular arasında Azərbaycan Super Liqasının XIX turu çərçivəsində növbəti oyun keçirilib. Azərbaycan Voleybol Mərkəzində keçirilən görüşdə “Rabitə” komandası “Lokomotiv”lə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşün ilk setində “Lokomotiv” qələbə qazanıb. Lakin digər 3 setdə “Rabitə” üstün oyun nümayiş etdirərək rəqibini 3:1 (22:25, 25:19, 25:23, 26:24) hesabı ilə məğlub edib.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info