“ABŞ Çinin yüksəlişi fonunda dünyanın aparıcı güc statusunu itirməkdədir”
Tarix: 02.04.2015 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


Paulo Barradaş: “ABŞ Çinin təsisçisi olduğu Asiya İnfrastruktur İnvestisiya Bankına qarşı Qərb ölkələrinin birləşməsinin qarşısını ala bilmədi”

“ABŞ artıq zamanın mühüm çağırışlarına cavab vermək iqtidarında deyil. Vaşinqton Çinin yüksəlişi fonunda dünyanın aparıcı güc statusunu itirməkdədir”. Bu fikirləri Portuqaliyada nəşr edilən “Expresso” nəşrinin icmalçısı Paulo Barradaş bildirib. “Belə görünür ki, Amerika diplomatiyası daha əvvəlki mövqeyini qorumaq iqtidarında deyil. Bu, həm siyasi, həm də hərbi sferada özünü göstərməkdədir.
Buna bariz nümunə kimi, ABŞ-ın Çinin təsisçisi olduğu Asiya İnfrastruktur İnvestisiya Bankına Qərb ölkələrinin qoşulmasının qarşısını ala bilməməsini də göstərmək olar. Qəribə də olsa, bu bank təşəkkül tapmasına görə daha çox Amerika diplomatiyasının uğursuzluğuna minnətdar olmalıdır. ABŞ dəyişikliyin vacib olduğunu görə bilməyib. Bu, əsasən, dünya iqtisadiyyatında çəkiləri sürətlə artan inkişaf edən bazarlara aiddir. Qeyd edilməlidir ki, 2013-ci ildə Çin Beynəlxalq Valyuta Fondunun korporativ idarəetmə sahəsində dəyişiklər etməsi ilə əlaqədar ABŞ-a təkliflər göndərsə də, Ağ Ev həmin təklifləri rədd edib. Məhz bundan sonra Çin və digər Asiya ölkələri Beynəlxalq Valyuta Fonduna alternativ olan Asiya İnfrastruktur İnvestisiya Bankını yaratmaq qərarına gəliblər. ABŞ-ın tarixi müttəfiqləri olan Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və İsveçrə kimi dövlətlər də bu bankın iştirakçı üzvləridir. Avstraliya da bir neçə aylıq düşünmədən sonra Asiya İnfrastruktur İnvestisiya bankının təsisçiliyində iştirak etmək niyyətində olduğunu bəyan edib. “Böyük Avropa ölkələrinin bu bankda təsisçilər kimi iştirak etmək istəyi, bu ölkələrin yeni infrastruktur layihələrində pay almaqda çox maraqlı olmaları ilə bağlıdır. Bu isə beynəlxalq əməliyyatlarda Çin valyutasından istifadənin artması ilə yekunlaşa bilər. Bu, zamanın ən mühüm siyasi və iqtisadi çağırışıdır. Lakin, təəssüf ki, ABŞ bunu hələ də başa düşmək istəmir” - deyə Paulo Barradaş qeyd edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info