“Milli şura”dakıların kimlərsə tərəfindən idarə olunduqları ortadadır”
Tarix: 03.04.2015 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Özünü müxalifət sayan “milli şura”nın fəaliyyəti gözlənildiyi kimi, qınaqla qarşılanır. Maraqlıdır ki, bu qınaq daha çox elə müxalifətdən edilir. Çünki “milli şura” elə ilk gündən beynəlxalq təşkilatlara nə dərəcədə sevdalı və idarəolunan olduğunu göstərdi. Demokratiya deyib, beynəlxalq təşkilatların quluna çevirilən “milli şura” özünü dağ başına çəkib, hətta digər cəbhədaşları olan müxalifəti belə, saymadılar. Əlbəttə ki, bu və digər xoşagəlməz fəaliyyətləri cəmiyyətin heç bir üzvü tərəfindən müsbət qarşılanmadı. Bu gün müxalifət partiyalarının böyük əksəriyyəti onların tədbirlərini dəstəkləmir. Məhz ona görədir “milli şura”nın keçirdiyi tədbirlər sönük və effektsiz olur. Əksər müxalifət partiyaları “milli şura”nın məqsədi, məramı bilinməyən, qeyri-ciddi qüvvə olduğunu bildiklərindən, bu oyuncaq qurumla təmas qurmaq istəmirlər. Son günlər bir çox müxalifət partiya rəhbərlərinin “milli şura” ilə bağlı verdikləri açıqlamalar da bunun bariz nümunəsidir.
Azadlıq Partiyasının sədri Əhməd Oruc “Trend”ə bu haqda danışarkən deyib ki, “milli şura”nın aksiyalar səviyyəsində apardığı prosesləri normal saymır: “İndi siyasi vəziyyət bir qədər fərqlidir. Bu təşkilatçılar 95-ci ildən parlamentdə “ana müxalifət” missiyasını yerinə yetirən və müxalifətin siyasətini müəyyənləşdirən adamlar idilər. Bu cərgədə uzun müddət biz özümüz də olmuşuq. O zaman bir milli demokratik hərəkət var idi. Lakin indiki siyasi vəziyyət bir qədər fərqlidir. Bir neçə nəfər var ki, bu 20 illik prosesdən yararlanıb və tədricən hansısa kənar qüvvələrin, böyük dövlətlərin əlində Azərbaycana təhdid və təzyiq vasitəsinə çevrilib. Əgər hakimiyyət movcud problemlərlə bağlı bir masa ətrafında oturub səninlə söhbət aparmağa hazırdırsa, dediklərini dinləyirsə və nə qədər mümkündürsə bunu yerinə yetirməyə söz verirsə, sən bu proseslərdən niyə kənar durursan? “Məhsul” stadionunda 3 min adamla aksiya keçirməklə nəyə nail ola bilərsən? 20 ildir bu bir nəticə vermir, əksinə müxalifətin vəziyyətini daha da çətinləşdirir. Bu, milli marağa da uyğun gəlmir. Müxalifət qüvvələri faktiki olaraq kənar dövlətlərin Azərbaycana qarşı təhdid vasitəsinə çevrilir”.
Ə.Oruc qeyd edib ki, mitinq keçirənlər aldıqları sifarişləri yerinə yetirirlər: “Biz milli maraqlara uyğun şəkildə hakimiyyətlə dialoq aparanda isə şər-böhtan atırlar, gah bunu mandat bazarlığı kimi, gah da hakimiyyətin əlaltı partiyası kimi təqdim edirlər. Azərbaycanda kimin istənilən kənar qüvvənin əlində təhdid vasitəsinə çevrilmək istədiyi bəllidir. Bunun heç birinin ünvanı biz deyilik. Onlar əllərində olan mətbuat orqanları, süni yaradılmış resurslardan istifadə edərək ünvanımıza ağızlarına gələnləri söyləyirlər”. Ə.Orucov vurğulayıb ki, 20 ildir bu prosesin başında eyni adamlar dayanır: “Cəmiyyət nə qədər itirsə də, 20 ildə bu adamlar heç nə itirməyib, əksinə özlərinə maddi sərvət toplayıblar, bəzinin cangüdənləri, bahalı maşınları və s. var. Onların kimlərsə tərəfindən idarə olunduqları ortadadır. Hakmiyyət bu fikirdədir ki, ölkədəki məsələləri masa arxasında müzakirə etmək lazımdır və müxalifətin böyük əksəriyyəti də bu mövqeyi dəstəkləyir. Hesab edirəm ki, iqtidar-müxalifət arasında dialoq prosesi davam etdirilməli və Azərbaycanda kənar qüvvələrin təsiri aradan qaldırılmalıdır. Bu həm hakimiyyətə, həm də müxalifətə lazımdır”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info