“Gürcü eksperti” kartından istifadənin arxasında nə dayanır?
Tarix: 03.04.2015 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Azərbaycanın əleyhinə olan dairələr iki dövlət arasında narazılıq yaratmağa, antiazərbaycan təbliğatına obyektivlik donu geydirməyi hədəfləyir
Son zamanlar xarici ölkələrdə Azərbaycan əleyhinə fəal təbliğat işi aparılır. Xüsusilə ilk Avropa Oyunları yaxınlaşdıqca müəyyən dairələrin ölkəmizin əleyhinə təbliğatı da artıb. Beynəlxalq ictimai rəydə ölkəmizin haqqında mənfi rəy yaratmaq üçün müxtəlif variantlardan istifadə edilir. Bu məqsədlə müəyyən QHT-lərdən, KİV orqanlarından istifadə edilməsi sınanmış üsuldur. Amma bu QHT-lərə istər ayrı-ayrı ölkələr, istərsə də beynəlxalq ictimai rəydə etibar edənlərin sayı sürətlə azalır.
Bu təşkilatların müəyyən dairələrə çalışması və qərəzli hesabatlar hazırlaması artıq hamıya bəllidir. Ona görə də həmin dairələrin havadarları müəyyən texniki gedişlər edərək kamuflyaj taktikasına keçiblər. Bu gün Qərbin və Birləşmiş Ştatların bilavasitə dəstəyi və xeyir-duası ilə ərəb dövlətləri Yəmənə qarşı hərbi əməliyyat həyata keçirirlər. Bu əməliyyat əmrinin haradan verildiyi bəllidir. Sadəcə, Qərb dairələri bu dəfə arxa planda qalaraq planlarını elə ərəb dövlətlərinin əli ilə həyata keçirməyə çalışırlar. Elə son vaxtlar beynəlxalq ictimai rəydə Azərbaycan əleyhinə aparılan kampaniyada gürcü ekspertlərdən aktiv istifadə olunması da bu taktikanın bir hissəsini təşkil edir. “Amnesty İnternational”ın əməkdaşı Natalia Nozadze, “Transparency İnternational”dan Georgi Çanturiya, Luka Kalandarişvili, Maqda Jimşeleişvili, Tamar Tatanaşvili, “Human Rights Watch” təşkilatından Georgi Qogia, “Sərhədsiz reportyorlar”dan İrakli Berulavanın fəaliyyəti bütünlüklə beynəlxalq ictimai rəydə Azərbaycan əleyhinə fikir formalaşdırmağa yönəlib. Ölkəmiz əleyhinə aparılan kampaniyanın pərdə arxasında gürcü ekspertlərin dayanması, daha doğrusu, bu rolun gürcülərə həvalə edilməsinin arxasında müəyyən məqamlar dayanır. Əvvəla onu qeyd edək ki, Azərbaycanla Gürcüstan arasında sıx dostluq münasibətləri var. İki dövlət siyasi-iqtisadi sahədə sıx əməkdaşlıq edir. Azərbaycan Gürcüstanın ən böyük sərmayə yatıran dövlətlərdən biri kimi qonşu dövlətin inkişafında mühüm rol oynayır. Bu gün Gürcüstan dövləti Azərbaycan olmadan regionda çox çətin duruma düşər. Reallaşdırılan birgə layihələr, o cümlədən enerji layihələri hər iki tərəfin maraqlarına xidmət edir. Yaxın gələcəkdə reallaşacaq TANAP, Bakı-Tbilisi-Qars kimi meqa layihələr bu iki dövlətin əlaqələrini daha da sıxlaşdıracaq. Yəni Qərbdəki müəyyən dairələrin Azərbaycana qarşı “gürcü eksperti” kartından istifadə etməsi dövlətlərin münasibətləri ilə bağlı deyil, bu planın arxasında Gürcüstan dövləti dayanmır. Amma belə görünür ki, həmin dairələrin bu planı işə salmasının arxasında dayanan gizli məqamlardan biri də iki qonşu dövlət arasında narazılıq yaratmaqdır. Azərbaycanın müəllifliyi ilə reallaşan və Avropanın enerji xəritəsini dəyişən layihələr Gürcüstanla tərəfdaşlıq çərçivəsində həyata keçirilir. Azərbaycanın əleyhinə olan dairələr “gürcü eksperti” kartından istifadə etməklə iki dövlət arasında nifaq toxumu səpməyə, bu da olmasa soyuqluq yaratmağa çalışırlar. Digər tərəfdən Azərbaycan haqqında qeyri-obyektiv ictimai rəy formalaşdırmaq planının gürcü ekspertlər vasitəsilə aparılması həm də antiazərbaycan təbliğatına obyektivlik donu geydirmək məqsədi daşıyır. Gürcüstan vətəndaşı olan hansısa ekspertin Azərbaycan əleyhinə fəaliyyəti daxili ictimai rəydə “Freedom House”, “Human Rights Watch”, “Transparency İnternational”, “Sərhədsiz reportyorlar” kimi təşkilatların deyil, Gürcüstan dövlətinin apardığı iş təsəvvürü yarada bilər. Elə “Human Rights Watch” təşkilatının təmsilçisi olan Gürcüstan vətəndaşı Georgi Qogia ilə bağlı hadisə bu fikirləri təsdiqləyir. Təşkilatın birbaşa və dolayı nəzarətində olan media hadisəni tam fərqli kontekstdə, qərəzli şəkildə işıqlandırmağa çalışır. Bu yanaşma göstərir ki, məqsəd heç də konkret hadisəni araşdırmaq deyil, “beynəlxalq media” öz kursuna sadiq qalaraq növbəti dəfə Azərbaycan əleyhinə ictimai rəy formalaşdırmağa çalışır, eyni zamanda bu ölkənin Gürcüstanla münasibətlərinə zərbə vurmaq istəyir.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info