FHN-in Bakı Regional Mərkəzində I Avropa Oyunları ilə bağlı müşavirə
Tarix: 03.04.2015 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Nərimanov Rayon İcra Hakimiyyəti və Birinci Avropa Oyunlar Əməliyyat Komitəsinin (BAOƏK) Təhlükəsizlik Departamenti ilə birgə “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran ümumi vəzifələr” mövzusunda rayon müşavirəsi keçirib.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri, təsərrüfat rəhbərləri, Bakı şəhəri üzrə polis və səhiyyə, enerji, qaz və su təchizatı idarələrinin səlahiyyətli nümayəndələri, Birinci Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin səlahiyyətli nümayəndələri iştirak ediblər.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Nərimanov rayonunda oyunlarla bağlı aparılan hazırlıq işləri, onların keçirilməsi dövründə yarana biləcək problemlər, bu sahədə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də digər aidiyyəti təşkilatların birgə fəaliyyət istiqamətləri barədə danışıb.
Tədbirdə Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Birinci Avropa Oyunları ilə bağlı qarşıda duran ümumi vəzifələr” mövzusunda təqdimatla çıxış edərək bildirib ki, Mərkəz tərəfindən aparılmış təhlillər, irimiqyaslı idman tədbirləri keçirmiş digər ölkələrin təcrübəsinin öyrənilməsi fövqəladə hallar, icra və yerli özünüidarəetmə, polis, təhsil, səhiyyə orqanlarının, eləcə də enerji, qaz, su təminatı təşkilatları və s. müəssisələrin birgə mümkün fəaliyyətinin 14 istiqaməti müəyyən edilib.
BAOƏK-nin Təhlükəsizlik Departamentinin direktoru Piter Aşvin təqdimatla çıxış edərək Təhlükəsizlik Departamentinin məqsədi, idman mühitində mövcud ola biləcək təhlükəsizlik problemləri barədə məlumat verib və həmin problemlərin aradan qaldırılması üçün hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info