Andrey Belyaninov: “Azərbaycandan götürüləsi çox şey var”
Tarix: 03.04.2015 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


"Rusiya gömrükçüləri çox şeyi azərbaycanlı həmkarlarından öyrənir.
Bunu “Vestnik Kavkaza” xəbər portalına müsahibəsində Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov deyib.
A. Belyaninov deyib: “Bu il mən Bakıda oldum və biz Azərbaycandan Rusiyaya gələn və ölkəmizdən Azərbaycana aparılan yeyinti məhsulları üçün “yaşıl dəhliz”in yaradılması məsələlərini müzakirə etdik. Biz bu cür məhsulların sərhəddə hərəkət edilməsi üçün rahat şəraitin yaradılmasında maraqlıyıq. Maksimal olaraq bu məhsulların Rusiya istehlakçılarına çatdırılmasını istəyirik. Artıq bu məsələdə müəyyən razılıq da əldə etmişik”.
Rusiya Federal Gömrük Xidmətinin rəhbəri azərbaycanlı tərəfdaşları ilə əməkdaşlığa maraqlı olduqlarını, onlardan çox şey öyrəndiklərini xüsusi vurğulayıb: “Azərbaycan gömrükçüləri, xüsusilə, informasiya texnologiyaları, o cümlədən, texniki vasitələrin keçidinin təmin edilməsi sahələrində çox inkişaf ediblər. Azərbaycandan götürüləsi çox şey var və biz bunları gündəlik təcrübəmizdə istifadə edəcəyik. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev MDB ölkələrinin gömrük rəhbərləri arasında duayendir. Böyüyə qarşı isə yalnız hörmətlə yanaşmaq lazımdır”.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info