“Red Bull” “Bakı-2015“ Avropa Oyunlarının rəsmi tərəfdaşı oldu
Tarix: 03.04.2015 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


Dünyanın aparıcı enerji içkiləri istehsalçısı olan “Red Bull” 166 ölkədə məhsullarını satışa çıxarır. İlk Avropa Oyunları zamanı şirkət enerji içkilərindən hazırlanan təkrarolunmaz dada malik məhsulunu, həmçinin sosial media ilə bağlı yeniliyini təqdim edəcək.
“Red Bull”un sosial media kanalları mətbuat və sosial marketinq sahələri üzrə qlobal liderlər olaraq, “Bakı-2015"i dəstəkləmək üçün Birinci Avropa Oyunlarınadək qalan müddət ərzində regional əsaslı sosial media tədbirləri həyata keçirəcəklər.
“Red Bull” bu tədbirlər zamanı Azərbaycanda daha az tanınmış idman növlərini diqqət mərkəzinə gətirəcək. Məqsəd yerli əhali arasında onların populyarlığını artırmağa kömək etmək və Avropa Oyunlarına bilet satışına dəstək olmaqdır. Bu idman növlərinə avarçəkmə, çimərlik voleybolu, velosiped idmanı (BMX, şosse velosipedi və dağ velosipedi növləri), çimərlik futbolu, 3x3 basketbolu və qılıncoynatma daxildir. Enerji içkiləri şirkəti tamaşaçılar üçün arena daxilində əyləncələr təşkil edəcək. Buraya məşhur diceylərlə görüşlərin təşkili də daxildir. “Red Bull”, Atletlər Kəndində idmançılar üçün də əyləncəli tədbirlər həyata keçirəcək.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu xüsusda deyib: “Red Bull” dünyaca məşhur brenddir və tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına fərqli üslubları ilə dəstək verəcəklər. Şirkət həm də Azərbaycanda bir sıra tədbirlərin həyata keçirilməsində əldə etdiyi uğurlu nəticələrlə öyünə bilər. Artıq “Red Bull”da idman tarixinə qızıl hərflərlə yazılacaq Avropa Oyunlarını dəstəkləyən və tərəfdaşlıq edən digər tanınmış beynəlxalq və Azərbaycan şirkətlərinin sırasına qoşulur.”
“Red Bull” Azərbaycanda tədbirlərin təşkil edilməsi və tanıdılması sahəsində əhəmiyyətli təcrübəyə malikdir. Son olaraq, 2014-cü ildə «Thre3style» dünya dicey çempionatının final mərhələsini və İohan Sebastyan Baxın əsərləri ilə breyk dansla müasir baletin sintezindən ibarət “Flying Bach” tədbirini reallaşdırmışdı. Bakı hər iki yarış üzrə dünya turnirlərinin son dayanacağı oldu və bir neçə gecə bu tədbirlərə ev sahibliyi etdi.
“Red Bull,”«Azersun Holding», «Bazarstore», «McDonald’s Azərbaycan», «Milla», “Motorola Solutions”, NAZ, «Nestle», «Sitecore» və «Tickethour»dan sonra “Bakı-2015” Avropa Oyunlarının 10-cu rəsmi dəstəkçisi oldu. 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək “Bakı-2015” Birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
“Bakı-2015” Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü ərzində öz ölkələrini təmsil edəcəyi gözlənilir. 12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün təsnifat xarakterli olacaq. Həmin idman növlərinə kamandan oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.
Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Oyunları AOK ilə əməkdaşlıq şəraitində təşkil və idarə edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info