GTM ilk Avropa Oyunları ilə bağlı regionlarda festival keçirəcək
Tarix: 03.04.2015 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Gənclər üçün Təhsil Mərkəzi (GTM) Prezident yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Gənclər ilk Avropa Oyunlarına yaradıcı dəstək” layihəsi çərçivəsində Mingəçevirdə və Gəncədə möhtəşəm festivalların keçirilməsinə hazırlaşır.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, yaxın günlərdə keçiriləcək festivallarda region gəncləri yaradıcılıq imkanlarını nümayiş etdirəcək, ölkəmizin ev sahibliyi edəcəyi nüfuzlu beynəlxalq tədbirə ictimai dəstək verəcəklər. Festivallarda uşaq və yeniyetmələrin, eyni zamanda, gənclərin iştirakı ilə idman oyunları, tamaşalar, rəsm və əl işləri nümayiş etdiriləcək, gənclər arasında viktorinalar təşkil olunacaq. Avropa Oyunlarının Mingəçevirdə də keçiriləcəyi nəzərə alınaraq, Kür çayında bir sıra su oyunları və yarışları da təşkil olunacaq. Hazırda hər iki şəhərdə festivallara hazırlıq məqsədilə yaradıcı gənclər üçün təlimlər keçirilir, tədbirin proqramı üzərində iş aparılır.

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir. Dövlətimizin başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırıb. O, Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlərdə, o cümlədən Avropa Oyunlarında gənclərin fəallığının əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, layihə Avropa Oyunlarına dəstək verməklə yanaşı, regionlarda yaradıcı gənclərin üzə çıxarılmasında xüsusi rol oynayacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info