BANM-da “Biometrik elektron qeydiyyat sistemi” layihəsinin təqdimatı keçirilib
Tarix: 03.04.2015 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) “Biometrik elektron qeydiyyat sistemi” layihəsinin təqdimatı keçirilib. Ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə BANM-in rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və “REN GROUP” MMC-nin nümayəndələri iştirak ediblər.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın 3.2.23-cü maddəsinə əsasən fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbənin həmin fəndən imtahana buraxılmadığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, bu qərarın əsas götürüldüyünü deyərək, semestr ərzində toplanan ballar arasında davamiyyətə görə də bal verilməsi, tələbələrin davamiyyət hesablamalarının aparılmasının zəruri olduğunu göstərdiyini bildirdi. E.Qasımov bu sistemin Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə olaraq BANM-da tətbiq olunduğunu qeyd edib. Rektor digər ali məktəblərdə olduğu kimi tələbələrin davamiyyətinin kağız üzərində hesablanmasının zaman itkisinə gətirdiyini vurğulayaraq, bu sistemin Bakı Ali Neft Məktəbində tətbiq olunması digər üsuldan fərqli olaraq tədris prosesinin daha operativ, obyektiv və şəffaf şəkildə həyata keçirilməsini təmin edəcəyini dedi. Sistem haqqında qısa məlumat verən E.Qasımov, sistemin turniket və biometrik cihazların bir-biri ilə bir başa əlaqəsi vasitəsilə obyektiv şəkildə işləməsi və davamiyyətin şəffaf şəkildə aparılması üçün hər bir tələbənin barmaq izləri götürülərək sistemə daxil edildiyini bildirib.
“Biometrik elektron qeydiyyat sistemi” layihəsinin rəhbəri, Bakı Ali Neft Məktəbinin Elektron-tədris şöbəsinin metodisti Elnur Səfərli rəhbərlik etdiyi layihə haqqında təqdimatla çıxış edib. Təqdimatda sistemin işləmə prinsipi, strukturu və BANM-dəki tədris prosesinin təşkilinə nə cür müsbət təsirləri olacağı haqqında məlumat verilib.
Sonda tələbələrin layihə ilə bağlı çoxsaylı sualları cavablandırılıb.
Qeyd olunub ki, biometrik elektron qeydiyyat sistemi “REN GROUP” MMC tərəfindən təchiz olunmuş cihazla Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində tətbiq olunur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info