23 xarici QHT rəhbəri Şuşa üçün Bakıda toplanacaq
Tarix: 03.04.2015 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə başlanan “Şuşaya Azadlıq” kampaniyasına beynəlxalq ictimai, mədəni-humanitar dəstək xarakterli yeni layihənin icrasına başlayır.
Şuranın maliyyə dəstəyi ilə 2015-ci ilin aprel – iyun aylarında icra olunacaq, “Şuşaya Azadlıq” kampaniyasının xarici tərəfdaşlarının Bakı Toplantısı” adlanan layihə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan, 23 ildir işğalda saxlanılan, tarixi, milli abidələri dağıdılan qədim Azərbaycan şəhəri, “Qafqazın musiqi beşiyi” adlandırılan Şuşa şəhərinin zəngin mədəniyyət mərkəzinin işğal həqiqətlərini dünyaya çatdırmaqda, Şuşa mədəni irsinə yönələn dağıdıcı hərəkətlərin dayandırılmasında, bu sahədə ədalətin bərpasında xarici ölkələri, onların QHT-lərini, mədəniyyət xadimlərini, əcnəbi tərəfdaşları birgə silsilə fəaliyyətlərə və təbliğat işlərinə cəlb etməkdən bəhs edir.
Layihə çərçivəsində bu ilin may ayının 1-ci həftəsində Azərbaycana 23 xarici ölkə QHT rəhbərinin səfəri, səfər daxilində əcnəbi tərəfdaşların müxtəlif hökumət və QHT-də görüş və müzakirələr keçirməsi, Şuşa ictimaiyyəti, “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasında” Şuşa mədəni irsi ilə yaxından tanış olması və Bakıda yüksək səviyyəli beynəlxalq toplantının keçirilməsi nəzərdə tutulur.
“Mədəni irsi qoruyaq – sülhlə gələcəyi təmin edək” devizi altında keçiriləcək “Şuşaya Azadlıq” kampaniyasının xarici tərəfdaşlarının toplantısı yekunda Bakı Bəyannaməsini qəbul edəcək və əcnəbi QHT-lərin daxil olacağı beynəlxalq ictimai dəstək koalisiyasını təsis edəcək. Qurulucaq beynəlxalq ictimai dəstək koalisiyası “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının silsilə fəaliyyət istiqamətlərinin və gələcəkdə müxtəlif ölkələrdə keçirilməsi nəzərdə tutulan tədbirlərin daxil ediləcəyi iş planı hazırlayıb qəbul edəcək.

Fuad






 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info