Amerikalı ekspertdən Obama administrasiyasına Qarabağla bağlı çağırış
Tarix: 03.04.2015 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar mərkəzinin eksperti Qreqori T. Kili ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmağa çağırıb.“Rollcall” saytında “Strateji səbr üçün vaxt yoxdur: Azərbaycan nümunə kimi” başlıqlı məqaləsində ABŞ prezidenti Barak Obamanın dünyada “strateji səbr” üçün çağırışlarını əks etdirən yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edib.
O qeyd edib ki, Avropa, Afrika və Yaxın Şərqdə Obama administrasiyasının strateji səbrinin bir sıra uğursuzluğa düçar olmuş nümunələri var. Müəllif bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə daha çox maraq göstərmir: “Azərbaycanla Ermənistan arasında münaqişə son aylar güclənib. Münaqişə regiondakı sabitliyə təhdiddir. Birləşmiş Ştatlar yalnız Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupu həmsədri qismində münaqişənin nizamlanmasında iştirak etməklə kifayətlənir”.
Ekspert Azərbaycan rəsmilərinin Vaşinqtonda keçirilən forumda iştirak etdiyini, onların Obama administrasiyasını Cənubi Qafqaz regionu üçün daha aydın uzunmüddətli geosiyasi strategiya hazırlamağa çağırdıqlarını bildirib: “Obama administrasiyasının strategiyada “regional münaqişələrin həlli istiqamətində Qafqaz ölkələri ilə əlaqələri artırmaq” kimi qeydi region üçün kifayət deyil. 1991-ci ildə Azərbaycan müstəqillik əldə edib və enerji istehsalçısı, etibarlı beynəlxalq müttəfiq kimi ABŞ-ın strateji tərəfdaşına çevrilib. Bakı-Tiflis-Ceyhan boru xətti ilə gündə 1 milyon barel neft nəql olunur, Trans Xəzər qaz kəməri isə Avropanın artmaqda olan enerji ehtiyaclarına cavab verəcək. Əfqanıstan məsələsində Azərbaycan ABŞ hərbi qüvvələrinin, avadanlıqların daşınması baxımından strateji mövqeyə malikdir. Bu ölkə Əfqanıstanda xidmət göstərən NATO Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin yarısını təhlükəsiz tranzit yolu ilə təmin edib”.
Müəllifin sözlərinə görə, məqaləsi silahlı müdaxilə üçün deyil, dünya lideri kimi vacib roldan üz döndərməməyə çağırışdır: “Azərbaycan ABŞ rəhbərliyini məsələyə diqqəti artırmağa çağırır. Strategiyada göstərildiyi kimi səbrlə bağlı məqsədə çatmaq milli təhlükəsizliyimizi və Avropadakı tərəfdaşlarımızın təhlükəsizliyini təhdid altına ala bilər. Bu “səbr” isə məqsəd deyil, bütün dünyada lider kimi öz rolundan boyun qaçırmaqdır”.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Nigeriyada prezident və parlament seçkiləri keçirilir
23.02.2019
Venesuela Kolumbiya ilə sərhədi bağladı
23.02.2019
Sudan prezidenti bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir
22.02.2019
Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info