Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib
Tarix: 03.04.2015 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Bu gün Milli Məclisin plenar iclasında Elman Rüstəmov və Xəqani Abdullayevin Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü təyin edilməsi məsələsi müzakirə olunub.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, E. Rüstəmov artıq 20 ildir ki, AMB-yə uğurla rəhbərlik edir. Milli Məclisin İqtisadi siyasət komitəsində E. Rüstəmov və X. Abdullayevin AMB-nin İdarə Heyətinə üzvlüyü məsələsi müzakirə olunduğunu xatırladan Z. Səmədzadə millət vəkillərinin E. Rüstəmovun fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.
O, eyni zamanda millət vəkillərinin X. Abdullayevin də fəaliyyətini yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.
Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, E. Rüstəmov çox peşəkar kadrdır.
Daha sonra E. Rüstəmov və X. Abdullayevin AMB-nin İdarə Heyətinin üzvlüyünə namizədliyi səsə qoyulub.
Millət vəkilləri səs çoxluğu ilə hər iki şəxsi Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə təyin edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info