Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat
Tarix: 03.04.2015 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Bakı prosesi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat mərasimi keçirilib. ATMU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bu təqdimatın ilk dəfə ATMU-da keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdıran rektor bildirib ki, həmin forumda universitetin tələbləri fəal iştirak ediblər. Qeyd olunub ki, bu il mayın 18-19-da Bakıda beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğində ölkəmizin əhəmiyyətli rolunu təsdiqləyən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayacaq.
UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaş olduğu forumda ümumilikdə bütün qitələrdən 800-dək nümayəndənin iştirakı nəzərdə tutulur. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə forumun prioritetləri və Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı prosesi barədə təqdimatla çıxış edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info