6 rayonda əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti göstəriləcək
Tarix: 03.04.2015 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) respublikamızın bölgələrində yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidmətini davam etdirir.
ƏƏSMN-nin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət səyyar tibbi-texniki briqada aprelin 8-də Balakən və Zaqatala, aprelin 9-da Qax və Şəki, aprelin 10-da isə Oğuz və Qəbələ rayonlarında olacaq. Həmin rayonlarda əlilliyi olan sakinlər və sağlamlıq imkanları məhdud uşaqlar səyyar formada protez-ortopedik bərpa xidməti, yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s. ilə təmin ediləcəklər. Xidmət göstəriləcək şəxslərin əvvəlcədən qeydiyyatı aparılıb.
Xatırladaq ki, qeyd olunan səyyar tibbi-texniki briqada ƏƏSMN-nin müvafiq Əmrinə əsasən 2013-cü ilin sonlarında yaradılıb. Ötən müddətdə respublikanın müxtəlif rayonları üzrə 1850 nəfərə yaxın əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info