“Dilimizin inkişafında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda açıq dərs
Tarix: 03.04.2015 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin iştirakı ilə “Dilimizin inkişafında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda açıq dərs keçirilib.
Açıq dərsdə institutun dillər və ədəbiyyat kafedrasının müdiri, dosent Arif Ağalarov XX əsrin son 30 ilində Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi və zənginləşməsi, onun dövlət dilinə, rəsmi sənədlərin dilinə çevrilməsi, beynəlxalq münasibətlər, dünya diplomatiyası sahəsində tətbiqi və nüfuz qazanmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. 1969-cu ildə Azərbaycana rəhbər seçilən görkəmli dövlət xadimi Heydər Əliyev bütün maneələrə baxmayaraq, ana dilinin inkişafı üçün mühüm tədbirlər həyata keçirib. Azərbaycan dilinin dövlət dili statusu qazanması məsələsi, həmçinin Azərbaycan cəmiyyətində onilliklər boyu yığılıb qalan iqtisadi, siyasi və sosial problemlər yalnız keçən əsrin 60-cı illərinin sonunda görkəmli dövlət xadimi Heydər Əliyev ölkə rəhbərliyinə gələndən sonra gündəmə çıxarılıb. Məhz ana dili məsələsində ümummilli lider Heydər Əliyevin prinsipiallığı və qətiyyəti sayəsində 1978-ci ildə qəbul edilmiş Konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması barədə 73-cü maddə daxil edildi.
Qeyd olundu ki, Ulu Öndərin müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi ilk günlərdən etibarən yeni tarixi şəraitin ruhuna və tələblərinə uyğun olaraq, Azərbaycan dilinə göstərilən diqqət və qayğı həm siyasi, həm də praktik baxımdan fərqlənirdi. Xalqımızın böyük oğlu Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanları sayəsində ədəbi dilimizin fəaliyyət sahəsi daha da genişlənib, onun müxtəlif üslublarının potensialı bir daha aşkar edilib, bütövlükdə, dil mədəniyyətimizin qarşısında yeni üfüqlər açılıb. İnamla demək olar ki, dahi rəhbər Heydər Əliyev özünün çoxillik yorulmaz, titanik fəaliyyəti ilə həm Azərbaycan dövlətinin, həm də Azərbaycan dilinin nüfuzunu yüksəldib.
Açıq dərsdən sonra institutun tələbələri Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış olublar.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
“Azərişıq” şagirdlər üçün ekskursiya təşkil edib
18.06.2019
Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb
17.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
17.06.2019
Leyla Əliyeva Neftçaladakı Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimində iştirak edib
17.06.2019
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisovla görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
2 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Çilidə güclü zəlzələ olub
5 Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info