YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı
Tarix: 02.04.2015 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.
Tədbirdə Gənclər Birliyinin sədri Sərraf Hüseynov ötən hesabat-seçki konfransından keçən müddət ərzində qurumun fəaliyyəti haqqında hesabatla çıxış edib.
Məlumat verilib ki, hesabat dövründə YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin sayı artaraq 13119 nəfərə çatıb. Onlardan 5960 nəfərini qadınlar təşkil edir. Ötən illər ərzində hər il üçün YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinə qəbul olunanların sayı 800-1100 nəfər arasında dəyişib. Birliyin üzvlərinin 1515 nəfəri təhsil, 1646 nəfəri səhiyyə, 120 nəfəri elm, mədəniyyət və incəsənət, 781 nəfəri idarəetmə, 608 nəfəri digər sahələrdə fəaliyyət göstərir. Üzvlərdən 7692-si ali və orta ixtisas məktəblərinin tələbləridir.
S.Hüseynov, həmçinin hesabat dövründə görülən işlər, reallaşdırılan layihələr haqqında məlumat verib. Qeyd olunub ki, gənclərin öz təhsillərini xaricdə davam etdirməsi, ayrı-ayrı ölkələrdə keçirilən təhsil layihələrində və konfranslarda, seminarlarda iştirakı məqsədilə YAP Nəsimi rayon təşkilatının üzvü olan gənclər üçün də geniş imkanlar yaradılıb.
Sonra konfransda təşkilati məsələlərə baxılıb. YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin 61 nəfərdən ibarət Şura, 27 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavinləri və YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.
Səsvermə nəticəsində “Bakı Tikiş Evi” ASC-nin sədr müavini Elnur Rəhimov Gənclər Birliyinin sədri seçilib.
Konfransda çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, YAP Nəsimi rayon təşkilatı İdarə Heyətinin üzvü, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək ölkəmizdə uğurla yürüdülən dövlət gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı həyata keçirilən layihələr, dövlət proqramları barədə söhbət açıblar. Qeyd olunub ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə müasir Azərbaycan gəncinin inkişafı, yüksək səviyyədə təhsil alması istiqamətində hər cür şərait yaradılıb. Gənclər, eyni zamanda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Çıxış edən gənclər ölkəmizin inkişafı, respublikamızla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışacaqlarını söyləyiblər.
Sonra konfransın qətnaməsi və tədbir iştirakçılarının Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciəti qəbul edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info