“İnosmi”: “Çin ABŞ-ın təcrid edilməsinə ustalıqla nail olub”
Tarix: 03.04.2015 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


“ABŞ-ın müqavimətinə baxmayaraq, Çin ardıcıl olaraq beynəlxalq iqtisadi münasibətlərin qaydalarını dəyişir”

“İnosmi” saytında ekspert Dmitri Dobrov Çinin Qərb dünyasına meydan oxuması ilə bağlı maraqlı şərh yazıb. Qeyd edilir ki, ABŞ-ın müqavimətinə baxmayaraq, Çin ardıcıl olaraq beynəlxalq iqtisadi münasibətlərin qaydalarını dəyişməkdədir. İki il bundan qabaq yarandığı elan edilmiş Asiya İnfrastruktur İnvestisiyaları Bankının iştirakçılarının qeyri-adi səviyyədə geniş siyahısı aprelin əvvəlindən bəlli olub. Bu bankın yaradılması iki il öncə Çin Xalq Respublikasının sədri Si Tsinpin tərəfindən elan edilib. Hesab edilir ki, bank Qərbin nəzarətində olan aparıcı maliyyə institutları - Beynəlxalq Valyuta Bankı və Dünya Bankına rəqib olacaq. 1966-cı ildən fəaliyyət göstərən Asiya İnkişaf Bankı isəYaponiya və ABŞ tərəfindən idarə olunur.
Qeyd edilir ki, Çinin yaratdığı bankın həmtəsisçiləri sırasına 52-dən çox ölkə, o cümlədən, Rusiya, İsveçrə, Səudiyyə Ərəbistanı və Qərbi Avropanın bütün əsas ölkələri daxildir. Burada sensasiya ABŞ-ın ən yaxın müttəfiqlərinin Çinin yaratdığı bankın həmtəsisçiləri sırasında yer almalarıdır – Böyük Britaniya, Avstraliya, Cənubi Koreya, Vaşinqtonun güclü təzyiqlərinə baxmayaraq, artıq Çinin bankında yer almaq üçün sənədlərin imzalanma mərhələsindədirlər. Faktiki olaraq sözügedən bankın həmtəsisçilərinin siyahısından kənarda cəmi iki inkişaf etmiş ölkə dayanıb – ABŞ və Yaponiya. ABŞ dünya maliyyə sahəsində özünə rəqib yaranması fikrini belə yaxın buraxmaq istəmir, Yaponiya isə Çinin regional gücünün artmasından ciddi təlaşlanır. Şimali Koreyanın üzvlük müraciətini isə Çinin özü rədd edib.
Əksər müşahidəçilər bildirirlər ki, Obama administrasiyası xarici siyasətdə ciddi məğlubiyyətə düçar olub. Özünün sözügedən layihəyə güzəştsiz mövqeyi nəticəsində, ABŞ tamamilə tədric olunmuş vəziyyətə düşüb.
Sözügedən layihənin lap başlanğıcında ABŞ-a bankda yer tutmaq təklif edilmişdi, amma amerikanlar bundan imtina etmişdilər. Onlar əsas gətirməyə çalışmışdılar ki, yeni bank Qərb menecmenti və şəffaflıq normalarına cavab verməyəcək.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki hələ ötən il ölkəsinin bu layihənin ikimənalılığına və hazırkı formasına hiddətini bildirmişdi. Yaponiya da bu layihəni “tanınmış beynəlxalq standartlar əsasında” reallaşmağa çağırmışdı.
Hər şeydən öncə, Yaponiyanın dediyi standartlar məşhur
Bretton-Vud sisteminə əsaslanır. Bu sistem hələ də dünya maliyyəsinin əsasıdır və ABŞ-a, Qərb maliyyə institutlarına bağlanır.

“Əksər müşahidəçilər bildirirlər ki, Obama administrasiyası xarici siyasətdə ciddi məğlubiyyətə düçar olub. Özünün sözügedən layihəyə güzəştsiz mövqeyi nəticəsində, ABŞ tamamilə tədric olunmuş vəziyyətə düşüb”

Öz növbəsində, Çin rəhbərliyi bəyan edib ki, yeni bank dünyada qəbul edilmiş nornalarla çalışacaq və özündən öncəki maliyyə institutlarının təcrübələrinə əsaslanacaq. Çin, yeni bankın Asiyada investisiya layihələri həyata keçirərkən, ekoloji, sosioloji və digər normaları aşağı endirəcəyi ilə bağlı ittihamları qəbul etmir. Çin bəyan edir ki, layihələrin əksəriyyəti beynəlxalq xarakter daşıyacaq və digər ölkələrin iştirakı və nəzarəti ilə həyata keçiriləcək.
Politoloqlar isə qeyd edirlər ki, yeni bankla bağlı ABŞ-ın öcəşmələri Çinin Asiya-Sakit okean regionunda mövqeyinin güclənməsinin qarşısını almaq üçün yalnız girişdir. Obama administrasiyası xüsusi cəhdlərlə yeni bankın yaranmasının qarşısını almağa çalışır, çünki bilir ki, bu bank Çinin regionda və dünyada yerini möhkəmlədir və ABŞ-ın nüfuzdan düşməsinə səbəb olur.
O da qeyd edilir ki, yeni bankın başlanğıc kapitalı 100 milyard dollar təşkil edir. Bunun yarısı Çinə məxsusdur. İlin sonuna qədər bankın strukturu müəyyən ediləcək və nizamnaməsi qəbul olunacaq. Bankın mənzil-qərargahı Çində olacaq. Tezliklə Çində daha bir alternativ maliyyə institutu - BRİKS İnkişaf Bankı fəaliyyətə başlayacaq. Bunun da qərargahı Şanxayda olacaq. Bu bankın təsisçiləri isə Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadır.
Bildirilir ki, yeni bankın rəqabətindən qorxan ABŞ Dünya Bankı və Beynəlxalq Valyuta Fondu üzərində nəzarəti daha da sərtləşdirəcək.
Dünya mediası da bildirir ki, Çin Qərb ölkələrinin banka cəlb edilməsi ilə bağlı çox ustalıqla diplomatiya qurub və ABŞ-ın bu məsələdə təcrid edilməsinə nail olub.
Faktiki olaraq, təkcə Yaponiya ABŞ-a bu məsələdə sadiqliyini saxlayıb. ABŞ-ın digər müttəfiqləri isə Çinə tərəf qaçmalı olublar. Təcriddə qalan amerikanlar isə mövqelərini yumşaltmağa başlayıblar, ABŞ maliyyə naziri Ceykob Lyu isə gələcəkdə yeni bankla əməkdaşlığın mümkünlüyünə də işarə etməli olub.

İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info