ABŞ institutu qvatemalıları venerik xəstəliklərə yoluxdururmuş
Tarix: 03.04.2015 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


ABŞ-ın Con Hopkins İnstitutu 1946-48-ci illərdə Qvatemala sakinlərini qəsdən venerik xəstəliklərə yoluxdurmaqda ittiham olunur.
“Fox News”un verdiyi məlumata görə, institut tərəfindən venerik xəstəliklərlə yoluxdurulmuş 750 nəfərin tələbi ilə Baltimor Dairə Məhkəməsində 1 milyard ABŞ dolları dəyərində kompensasiya iddiası qaldırılıb.
İddianamədə cavabdeh qurumlar kimi Rokfeller Fondu və “Bristol-Myers Squibb” əczaçılıq şirkəti də qeyd olunub.
ABŞ hökuməti 2010-cu ilin oktyabrında rəsmi şəkildə etiraf edib ki, 1946-48-ci illərdə amerikalı həkimlər tərəfindən “pensillin terapiyası və venerik xəstəliklərin müalicəsində imkanları yoxlamaq məqsədi ilə” Qvatemala sakinləri üzərində təhlükəli sınaqlar keçirilib. Xüsusi komissiyanın məlumatına görə, honoreya və siflis xəstəliklərinin yoluxdurulması ilə gerçəkləşən eksperimentlər bu və digər formada 5,5 minə yaxın Qvatemala sakininə zərər yetirib, 83 nəfərin ölümünə səbəb olub. Rəsmi Vaşinqton bu sınaqlara görə Qvatemala xalqından üzr istəyib.
Qvatemala hüquq müdafiəçilərinin sözlərinə görə, həkimlər bir qayda olaraq sınaqlarda fahişələrdən istifadə ediblər. Qvatemala hökuməti buna icazə versə də, eksperimentdə iştirak edən şəxslərin əksəriyyəti nə baş verdiyindən xəbərsiz olub və onlardan razılıq alınmayıb.
Con Hopkins İnstitutunun nümayəndəsi Kim Hoppe isə iddiaları əsassız adlandırıb: “Biz ABŞ hökumətinin Qvatemala tədqiqatları və nəticələri barədə apardığı təhqiqatı alqışlayırıq. Lakin iddiaçıların vəkili tarixi faciəni maddi mənfəət naminə istismar etməyə çalışır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info