R.Əliquliyev: “AMEA-nın bütün qurumlarında “Viki-qruplar” formalaşdırılıb”
Tarix: 03.04.2015 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


“Azərbaycanın folkloru, tarixi, dili ilə bağlı və digər əhəmiyyətli məlumatların virtual məkanda, xüsusən də “Vikipedia”da yerləşdirilməsi istiqamətində işlər yüksək səviyyədə həyata keçirilir. “Vikipedia” ideologiyasının yayılması və təbliğ olunması istiqamətində işlər ardıcıl aparılır”. Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev deyib. O bildirib ki, artıq AMEA-nın bütün qurumlarında “Viki-qruplar” formalaşdırılıb: “Bu qruplar “Vikipedia”da özlərinə mənsub olan məlumatları yerləşdirmək üçün formalaşdırılıb. İlk olaraq, “Viki qruplara” İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış “Viki mərkəz” vasitəsilə treninqlər keçirilib və sertifikatlar verilib. Açıq etiraf etmək lazımdır ki, hamı “Vikipedia”da işləyə bilmir. “Vikipedia”da işləmək üçün müəyyən vərdişlərə və biliklərə nail olmaq lazımdır. Ona görə də bu işi yaxşı təşkil etmək məqsədilə İnformasiya Texnologiyaları İnstitutunda işlər davamlı aparılır”.
R. Əliquliyev qeyd edib ki, bu prosesə elmi əməkdaşlar da cəlb olunub: “Azərbaycan Milli Elmlər Akademiyasında aparılan elmi araşdırmalar “Vikimetrik” araşdırmalara aiddir. Yəni, bu o deməkdir ki, riyazi və informatika texnologiyalarından istifadə etməklə “Vikipedia”da toplanmış məlumatları analiz etməklə ölkəmizə qarşı ola biləcək mümkün informasiya müharibəsinin təzahürü olan gizli sosial şəbəkələri aşkarlamağa imkan verən müxtəlif metodlar işlənilir. Biz qeyd etdiyim kimi, “Vikipedia”ya dəqiq elmlərin imkanlarından istifadə etməklə yanaşmalar edirik. “Vikimetrik” üsullarla bu tədqiqatları genişləndiririk. Aldığımız nəticələr tək Azərbaycanda yox, dünyanın nüfuzlu jurnallarında çap olunur. Azərbaycan Milli Elmlər Akademiyası bu işə ciddi əhəmiyyət verir”.
Qeyd edək ki, 2013-cü il dekabrın 17-də Prezident Administrasiyası AMEA Rəyasət Heyətinə “Vikipedia” virtual ensiklopediyası ilə bağlı məktub göndərib. Məktubda “Vikipedia” virtual ensiklopediyasının dünyadakı populyarlığı, əhəmiyyəti vurğulanıb, Azərbaycanın dünyada daha geniş tanıdılması, düzgün təbliği istiqamətində bu resursun geniş potensial imkanlara malik olduğu göstərilib. Məktubda o da qeyd olunub ki, Azərbaycan “Vikipedia”da lazımi səviyyədə təmsil olunmur, bu resursda ölkəmizlə bağlı reallığa uyğun elmi məlumatlar yetərli deyil və bu məsələ ilə bağlı AMEA Rəyasət Heyətinə lazımi tapşırıqlar verilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info