Naxçıvan Dövlət Universiteti ilə Ərzurum Atatürk Universiteti arasında əlaqələr genişlənir
Tarix: 03.04.2015 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçakın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində (NDU) olub.
NDU-nun mətbuat şöbəsindən bildirilib ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov dünyanın 80-dən çox tanınmış universiteti ilə tərəfdaşlıq edən bu ali məktəbin Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib. Qardaş ölkənin 40-a yaxın ali təhsil ocağı ilə əməkdaşlıq bu gün də uğurla davam etdirilir. Bu əlaqələrin təməli 1992-ci ildə Ərzurum Atatürk Universiteti ilə əməkdaşlıq vasitəsilə qoyulub. Tibb fakültəsinin və “baytarlıq” ixtisasının tələbələri müxtəlif vaxtlarda bu ali təhsil müəssisəsində təcrübədə olublar, müştərək konfranslar keçirilib. Təsadüfi deyil ki, 2012-ci ildə NDU-nun Elmi Şurasının qərarı ilə universitetlərarası elmi-mədəni əlaqələrin inkişafı sahəsindəki xidmətlərinə görə Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçak NDU-nun fəxri doktoru seçilib. Rektor qeyd edib ki, 2011-2012-ci illərdə yenilənən universitetlərarası əməkdaşlıq müqaviləsi bundan sonra da elm və təhsilin inkişafına öz töhfəsini verəcək.
Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçak deyib ki, universitetin beynəlxalq əlaqələrində Azərbaycan ali məktəblərinin özünəməxsus yeri vardır. NDU ilə əməkdaşlığın inkişaf etdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılacaq.
Ərzurum Atatürk Universitetinin prorektoru Mehmet Takkaç universitet haqqında ətraflı məlumat verərək 20 fakültə, 7 institut və 10-a yaxın yüksək məslək məktəbinin fəaliyyət göstərdiyi ali təhsil ocağında on minlərlə tələbənin təhsil aldığını diqqətə çatdırıb.
NDU-nun tədris işləri üzrə prorektoru Surə Seyid, tərbiyə işləri üzrə prorektoru Məmməd Rzayev, elmi işlər üzrə prorektoru Mübariz Nuriyev universitetin dünya təhsil sisteminə inteqrasiyasından, elmi nailiyyətlərdən danışıblar.
Atatürk Universiteti tibb fakültəsi araşdırma xəstəxanasının baş həkimi, professor Necip Becit 2000-ə yaxın tibbi personalın xidmət göstərdiyi 1400 çarpayılıq xəstəxanada yaradılan şəraitdən, burada aparılan müasir tibbi-diaqnostik müayinələrdən, sümük iliyi, orqan transplantasiyası mərkəzlərinin fəaliyyətindən bəhs edib. Görüşdə iştirak edən digər tibb mütəxəssisləri Ərzurum Atatürk Universitetində tibb təhsilinin səviyyəsi, universitet xəstəxanasındakı səhiyyə xidməti barədə məlumat veriblər.
Sonra xatirə hədiyyələri təqdim olunub. Türkiyəli qonaqlar universitet ərazisini gəzib, İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin, rəqəmsal formatda yayımlanan universitet televiziyasının və “Nuhçıxan” radiosunun, Mətbuat şöbəsinin fəaliyyəti ilə tanış olublar. Müxtəlif fakültələrdəki tədris prosesi, fənn kabinələri və laboratoriyaların təşkili ilə tanışlıq da maraq doğurub.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info