“ABŞ polisi bir ayda Britaniya polisinin 100 ildə öldürdüyündən çox adam öldürüb”
Tarix: 04.04.2015 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


ABŞ-da hər gün polisin güllələməsi nəticəsində ən azı üç nəfər həyatını itirir. Bu barədə ötən ilin dekabrında Barak Obamanın əmri ilə yaradılmış "XXI əsrdə qayda-qanunun təmin edilməsi" adlı işçi qrupunun hesabatında məlumat yer alıb. ABŞ-da baş verən kütləvi etiraz aksiyaları və polisin onlara qarşı sərt davranışından sonra vətəndaşların narazılığı Obamanı belə bir işçi qrup yaratmağa məcbur edib.
Hesabatda göstərilir ki, cari ilin mart ayı ərzində Amerika polisi 111 nəfərin həyatına son qoyub. Müqayisə üçün bildirilir ki, bu göstərici Britaniya polisinin 1900-cu ildən bəri öldürdüyü insanların sayından iki dəfə çoxdur. Belə ki, bu illər ərzində Britaniya polisi sadə vətəndaşlar arasında 52 nəfərin həyatına son qoyub. Statistik məlumatlara görə, təkcə 2014-cü ildə Amerika polisi 1001 nəfərin həyatına son qoyub. Qeyd edilən müddət ərzində bu göstərici Kanada polisi üçün 14 nəfər, Çin polisi üçün 12 nəfər, Almaniya polisi üçün isə 0-dır. Qeyd edilməlidir ki, "XXI əsrdə qayda-qanunun təmin edilməsi" adlı işçi qrup Amerikada polis vəhşiliyinə qarşı kütləvi etiraz dalğasından sonra yaradılıb. Hələ bir müddət bundan əvvəl ABŞ-ın Missuri ştatında qaradərili yeniyetmənin polis tərəfindən öldürülməsinə etiraz edənlərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar bu qrupun yaradılması üçün stimul oldu. Qrupun yaradılğmasında məqsəd Amerika cəmiyyətindəki gərginliyin genişlənmisinin qarşısını almağa hesablanıb. Hesabatda qeyd edilir ki, polis elə taktika seçməlidir ki, ölüm halları maksimum dərəcədə az olsun. Məsləhət görülür ki, qara dərili insanların yaşadığı rayonlarda çalışan polislər xüsusi hazırlıq keçməli, polisin fəaliyyəti şəffaf olmalı, fəaliyyəti ilə bağlı hesabat verməlidir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info