“Gənclərin miqrasiyası Ermənistan dövləti üçün dəhşətli təhlükədir”
Tarix: 04.04.2015 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


“Ermənistan diaspor vasitəsilə xaricdən çox asılıdır. Ona görə də Ermənistan əhalisi asan və kütləvi şəkildə ölkəni tərk edir”

Türkiyədə erməni ailəsində doğulan məşhur iqtisadçı ekspert Taron Əcəmoğlu miqrasiyanın Ermənistan dövləti üçün çox dəhşətli təhlükə olduğunu bildirib. Böyük Britaniya universitetlərində təhsil alan, hazırda ABŞ-ın Massaçuset Texnologiya İnstitutunda dərs deyən Taron Əcəmoğlu “Amerikanın səsi”nə verdiyi açıqlamada bildirib ki, erməni ailəsində doğulduğu üçün Ermənistan dövlətinin siyasi-iqtisadi vəziyyəti ilə müntəzəm şəkildə maraqlanır.
Onun sözlərinə görə, bir çox ölkənin əldə etdiyi uğurun əsas səbəbi siyasi-iqtisadi sistemlə bağlıdır. Çünki siyasi-iqtisadi faktor inkişafın əsas dirəyini təşkil edir. Ekspert hesab edir ki, ancaq sovet dövründən qalma köhnə sosial-iqtisadi sistemdən daha tez yaxasını qurtaran postsovet ölkələri uğur qazana biliblər: “Ermənistan da keçmiş sovet ölkəsi kimi sovet identikliyindən qurtula bilmir. Amma digər sovet ölkələrindən fərqli olaraq bu fakt Ermənistana daha pis təsir edir. Bunun da əsas səbəbi Ermənistanın diaspor vasitəsilə xaricdən çox asılı olmasıdır. Ona görə də Ermənistan əhalisi asan və kütləvi şəkildə ölkəni tərk edirlər.

“Fransa radiosu”: “Rusiyadan Ermənistana göndərilən transfert axını sürətlə azalır. Erməni ixracatçılar da çətin vəziyyətə düşüblər. Rusiya bazarı üçün mal istehsal edən kiçik və orta müəssisələr iflas həddinə çatıb. Sahibkarlar İttifaqının rəhbəri Qaqik Makaryan bildirir ki, bir çox sahibkar artıq Rusiya bazarına mal çıxarmağı dayandırıb. Rubl dəyərdən düşdüyündən müəssisələr ziyanla işləməyə başlayıb”

Miqrasiya, əsasən də gənclərin miqrasiyası Ermənistan dövləti üçün dəhşətli təhlükədir”. “Fransa radiosu”nun Rusiya xidməti də Ermənistandakı iqtisadi vəziyyətə toxunub. Radionun yaydığı xəbərdə deyilir ki, Rusiyada yaranan çətin iqtisadi vəziyyət, rublun dəyərdən düşməsi Ermənistana pul göndərən miqrantların da işini ağırlaşdırıb: “Rusiyadan Ermənistana göndərilən transfert axını sürətlə azalır. Erməni ixracatçılar da çətin vəziyyətə düşüblər. Rusiya bazarı üçün mal istehsal edən kiçik və orta müəssisələr iflas həddinə çatıb. Sahibkarlar İttifaqının rəhbəri Qaqik Makaryan bildirir ki, bir çox sahibkar artıq Rusiya bazarına mal çıxarmağı dayandırıb. Rubl dəyərdən düşdüyündən müəssisələr ziyanla işləməyə başlayıb. Bir çox konserv müəssisələri ötən ilin sentyabr-oktyabr aylarından istehsalı dayandırıb. Ermənistan rəhbərliyi Avropa İttifaqından imtina edərək Avrasiya İttifaqını seçərkən hakimiyyətin əsas arqumentlərindən biri ölkənin qarşısında böyük bazarın açılması idi. Amma indi əks-proses gedir-Ermənistandan Rusiyaya ixrac azalıb. Ekspertlərin proqnozları ürəkaçan deyil. Ermənistan iqtisadiyyatı bütünlüklə Rusiyadan asılı olduğundan bu ölkənin iqtisadiyyatının batması erməniləri də batıracaq. İş adamları bərk həyəcan içindədir. Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryan hesab edir ki, Rusiya iqtisadiyyatı çökdüyü üçün Ermənistan iqtisadiyyatı buna məhkumdur”.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info