“Bakı-2015” ilk Avropa Oyunlarına 600 min bilet satışa çıxarılıb
Tarix: 04.04.2015 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Aprelin 3-də “Park Bulvar” Alış-Veriş Mərkəzində “Bakı-2015” ilk Avropa Oyunlarının kütləvi bilet satışına start verilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə “Bakı-2015” ilk Avropa Oyunlarından bəhs edən videoçarx nümayiş olunub.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin bilet satışı şöbəsinin müdiri xanım Miryam Boqotay hazırda Bakıda 8 məntəqədə bilet satışına başlandığını bildirib. Qeyd edib ki, online bilet satışına martın 20-dən start verilib. Online bilet satışı zamanı azarkeşlər “Şanslı qalib ol” kampaniyası çərçivəsində qiymətli hədiyyələr qazana biləcəklər. Bilet satışı ilə bağlı ətraflı məlumatı Tamaşaçı Məlumat Mərkəzinə - 2015 nömrəsinə zəng etməklə almaq olar. Mərkəzdə 20-dək operator “Bakı-2015” Avropa Oyunları, idman növləri, yarış cədvəli, obyektləri, bilet satışı (qiymətlər, biletin alınması yolları, satış məntəqələri və onların açılış saatı, “Şanslı qalib ol” kampaniyası), yarış obyektlərinə giriş, ticarət imkanları, mərasimlər və nəqliyyatla bağlı Azərbaycan və ingilis dillərində məlumat verir. Həmçinin www.baku2015.com saytından da məlumat əldə etmək olar.
Vurğulanıb ki, yaxın günlərdə “McDonald`s Azerbaycan”nın paytaxtdakı 3 şəbəkəsində və Tofiq Bəhramov adına Respublika stadionunda bilet satışına aprelin 18-də və 15-də start veriləcək. Həmçinin oyun vaxtı idman obyektlərində də bilet satışı təşkil olunacaq.
Altı yüz min biletin satışa çıxarıldığını bildirən M.Boqotay idmansevərləri “Bakı-2015”in mərasimlərinə və idman yarışlarına bilet almaqda fəal olmağa səsləyib. Vurğulayıb ki, insanlar bilet almaq üçün sonuncu günü gözləməməlidirlər. Çünki açılış mərasimində Bakı Olimpiya Stadionunda bilet satılmayacaq. “Qara bazar”da bilet satışının qarşısını almaq üçün biletin üzərində bir neçə qoruma elementləri var.
Diqqətə çatdırılıb ki, Azərbaycan Milli Olimpiya Komitəsi qanunsuz bilet satışı ilə bağlı cəzaların sərtləşdirilməsi təklifini verib. Bununla bağlı yaxın gələcəkdə qanun qəbul ediləcək. Qanunda ciddi inzibati cərimələr nəzərdə tutulur. Özü də bu cərimələr çox yüksək olacaq. Mən insanları biletləri yalnız rəsmi satış məntəqələrindən almağa çağırıram.
Bildirib ki, “Bakı-2015”in açılış mərasimi üçün biletlər 20-200, bağlanış mərasimi üçün isə 10-100 manat olacaq. Heydər Əliyev adına İdman Arenasına və Milli Gimnastika Arenasına biletlərin qiyməti 2 manat təşkil edəcək. Digər idman obyektlərində təşkil olunacaq yarışların seçim mərhələsi üçün biletlər 2-3, final mərhələsi üçün isə 5 manata satılacaq. On altı yaşdan aşağı uşaqların Avropa Oyunlarını pulsuz izləyəcəyini bildirən M.Boqotay “Bakı-2015”ə biletlərin şəxsiyyət vəsiqəsi ilə satılacağını diqqətə çatdırıb.
Tədbirdə iştirak edən “Bakı-2015”in ulduz elçiləri paytaxt sakinlərini bilet almağa çağırıb və təmsil edəcəkləri idman növləri barədə məlumat veriblər. Həmçinin paytaxt sakinləri arasında “Bakı-2015” ilə bağlı viktorinalar təşkil olunub və qaliblərə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, hazırda biletləri “Park Bulvar” Alış-Veriş Mərkəzi ilə yanaşı, “28 Mall” Ticarət Mərkəzi, “Metro Park” Ticarət və Əyləncə Mərkəzindən, Heydər Əliyev Sarayının kassalarından və paytaxtımızdakı köşklərdən əldə etmək mümkündür.






 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info