Çexiya prezidentindən ABŞ səfirinə sərt etiraz
Tarix: 06.04.2015 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Çexiya prezidenti Miloş Zeman ona Rusiyadakı Qələbə Paradına getməməyi məsləhət görən ABŞ səfirinə sərt etirazını bildirib.
RBK-nın verdiyi məlumata görə, M. Zeman öz iqamətgahının qapılarının bundan sonra səfir Endrü Şapiro üçün bağlı olacağını söyləyib. “Təsəvvür etmirəm ki, Çexiyanın Vaşinqtondakı səfiri Amerika prezidentinə hara getmək lazım olduğu barədə məsləhət versin. Mən heç bir səfirin mənim xarici səfər planlarıma müdaxilə etməsinə imkan vermərəm”, - deyə M. Zeman söyləyib.
Qeyd edək ki, ABŞ-ın Praqadakı səfiri Endrü Şapiro Çexiya prezidentinin Moskvadakı təntənəli tədbirlərdə iştirakının Qərbin Ukrayna ilə bağlı vahid mövqeyini sarsıdacağını bəyan edib. M. Zeman və Yunanıstanın baş naziri Aleksis Tsipras mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılacaq yeganə Qərb liderləri olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Türkiyə Qolan yüksəklikləri məsələsini BMT Baş Assambleyasına çıxaracaq
24.03.2019
Türkiyə Mozambikə humanitar yardım göndərib
24.03.2019
Tailandda parlament seçkiləri keçirilir
24.03.2019
Malidə silahlı hücum nəticəsində ölənlərin sayı 115-ə çatıb
24.03.2019
Çin Pakistan iqtisadiyyatının dirçəldilməsi üçün 2,1 milyard dollar kredit verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info