Paytaxtda yeni ödəmə terminalları
Tarix: 06.04.2015 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Beynəlxalq Bankının (ABB) yeni ödəmə terminalları quraşdırılıb. Bu barədə “Trend”ə “AzeriCard” Prosessinq Mərkəzinin biznesin inkişafı departamentinin rəhbəri Cahangir Məmmədov bildirib.
Onun sözlərinə görə, terminallarda kredit xidmətləri, kommunal xidmətlər, mobil rabitə və internet xidmətlərinin ödənişini həyata keçirmək mümkündür: “Hazırda terminallar bir sıra ABB filiallarında yerləşdirilib. Tədricən terminallar bankın bütün filiallarında quraşdırılacaq, perspektivdə isə paytaxtın ictimai yerləri nəzərdə tutulur. Yeni terminalların “MilliÖN” və “eManat” terminallarından fərqi odur ki, ödənişi həm nağd pulla, həm də bank kartı ilə həyata keçirmək olur. Həmçinin terminal nağd pulu karta köçürməyə imkan yaradır”.
Hazırda ödəmə terminalları bazarında “Komtec” şirkətinin “MilliÖn”, “Modenis” şirkətinin “eManat” və “Expressbank” ASC-nin “ExpressPay” terminalları təqdim olunur. Bu qurğular kommunal xidmətlər, stasionar və mobil telefonlara görə ödənişlər, internet, kabel televiziyası və bank kreditləri üzrə fəaliyyət göstərir.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info