Suriya terrorçularına yardım edən şəxs həbs edilib
Tarix: 06.04.2015 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Rusiya Federal Təhlükəsizlik xidməti Suriyada terrorçuları maliyyələşdirən azərbaycanlını həbs edib. Bu barədə "Kommersant" qəzeti məlumat yayıb.
Qəzetdə Suriyada Bəşər Əsəd əleyhinə vuruşan silahlıların maliyyələşdirilməsi ilə bağlı cinayət işinin təfərrüatları barədə dərc olunan yazıda Federal Təhlükəsizlik Xidmətinin Lipetsk vilayəti üzrə İdarəsinin yerli sakini, milliyyətcə azərbaycanlı Qaçay Tağı oğlu Hacıyevə qarşı "terrorçuların maliyyələşdirilməsi" maddəsi ilə cinayət işi başladığı qeyd olunub.
İstintaqın versiyasına görə, Qaçay Hacıyev alma satışından əldə etdiyi gəliri Suriyada vuruşan "Cund əş-Şam" (“Böyük Suriyanın döyüşçüləri”) terrorçu qruplaşmasına göndərib.
Qeyd edək ki, Lipetsk vilayəti Prokurorluğu Federal Təhlükəsizlik Xidmətinin Lipetsk vilayəti üzrə İdarəsi bu ilin fevralın 27-də beynəlxalq terrorçu təşkilata yardım edən şəxsin zərərsizləşdirildiyi barədə məlumat yaymışdı. Həmin vaxt prokurorluğun mətbuat xidməti FTX müstəntiqlərinin Rusiya vətəndaşına qarşı RF Cinayət Məcəlləsinin 1.205.1-ci (terrorçuların maliyyələşdirilməsi) maddəsi ilə cinayət işi başlandığını elan etmişdi. İstintaq sirri olduğundan FTX və prokurorluq cinayət məsuliyyətinə cəlb olunan şəxsin kimliyini açıqlamamışdı.
Məlum olub ki, terrorçulara yardım edən şəxs Rusiya vətəndaşı Qaçay Hacıyevdir. Qohumlarının sözlərinə görə, hüquq-mühafizə orqanlarının Q. Hacıyevi saxlaması gözlənilməz olub. Qaçay Hacıyev fevralın 26-da işdən evə avtomobillə qayıdarkən FTX əməliyyatçıları tərəfindən saxlanılıb. Daha sonra əməliyyatçılar onu evinə gətiriblər. Hacıyev saxlanılandan 10 gün sonra ona qarşı rəsmi ittiham irəli sürülüb. Onun hazırda Lipetskdə yerləşən müvəqqəti saxlanma təcridxanasında saxlanıldığı bildirilib. Hacıyevin ailəsi isə qohumları tərəfindən Sankt-Peterburqa aparılıb.
Qaçay Hacıyevin birinci həyat yoldaşı Viktoriya Babkina keçmiş ərinin terrorçuları maliyyələşdirdiyi barədə məlumatın doğru olmadığını bildirib: "Qaçay heç də böyük iş adamı deyil. O, anbardan maşınla meyvə alıb, bazarda həmin meyvəni satırdı. İstintaq iddia edir ki, Qaçayın qazandığı pullar Türkiyəyə, ordan isə Suriyadakı terrorçulara göndərilib. Əslində Qaçay Suriyada yaşayan qardaşına və onun ailəsinə kömək edirdi. Suriyada Qaçayın qardaşından başqa Suğra adlı bacısı da yaşayır. Suğranın azərbaycanlı əri həlak olub. Qaçay ona da kömək edirdi. O, təkcə Suriyaya deyil, Azərbaycanda və Rusiyada yaşayan qohumlarına da pul göndərirdi".
Viktoriya Babkinanın sözlərinə görə, Qaçayın qardaşı Aqil bir il əvvəl Suriyada itkin düşüb: "Aqil ailəsi ilə birlikdə Suriyada döyüşlərin getdiyi yerdə yaşayırdı. Qaçay qardaşı Aqil haqqında danışarkən onun inanclı bir insan olduğunu, dörd uşağından başqa, Suriyada olan ikinci evliliyindən olan iki uşağına baxdığını söyləyirdi".
Qeyd edək ki, APA keçən ilin aprelində “Cund-əş-Şam’’ silahlı qruplaşmasının tərkibində vuruşan “Sumqayıt camaatı”nın əmiri, “Talış Aqil” ləqəbli Aqil Hacıyevin itkin düşdüyü barədə məlumat yaymışdı. Məlumatda Aqil Hacıyevin “Əl-Nüsra Cəbhəsi” silahlı qruplaşma üzvləri tərəfindən tutulduğu və şəriət qanunları ilə barəsində edam hökmü çıxarıldığı qeyd olunmuşdu. Onun aqibəti məlum deyil.
Onu da qeyd edək ki, Hacıyev qardaşları Lənkəran rayonunun Boladi kəndində doğulublar. Sumqayıtda xəvarici dini təriqətinin üzvü olan bir xanımla ailə quran A. Hacıyev bir neçə il əvvəl ailəsini də götürərək Suriyaya gedib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info