Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
Tarix: 06.04.2015 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Aşqabad şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) təşkilatçılığı ilə elektron pullar və virtual valyutalar vasitəsilə cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması ilə bağlı cinayətlərin aşkar olunması və araşdırılması mövzusunda regional seminar keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistanın hüquq mühafizə və digər aidiyyəti qurumlarının və beynəlxalq ekspertlərin iştirak etdiyi seminar BMTNCİ-nin Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərində transmilli mütəşəkkil cinayətkarlığın mənşəyi, tranziti və hərəkət istiqamətinin qarşısının alınması məqsədilə prokuror və mərkəzi orqanlar şəbəkəsinin müəyyən edilməsi və gücləndirilməsi təşəbbüsü çərçivəsində təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikası Prokurorluğunu Baş Prokurorluğun beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev təmsil ediblər.
Mövzu ilə bağlı çıxışlar edilib, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində tətbiq olunan yeni ödəniş üsulları, o cümlədən elektron pullar və virtual valyutalar, onların yaratdığı təhdidlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyətinin üzvləri mövzular üzrə təqdimatlar keçirərək ölkəmizdə bu sahədə görülmüş işlər, o cümlədən qəbul edilmiş normativ hüquqi baza və tətbiq olunan təcrübə barədə seminar iştirakçılarına ətraflı məlumat veriblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info