“Azərbaycanla dünya ölkələri arasındakı iqtisadi əlaqələr çox böyük potensiala malikdir”
Tarix: 06.04.2015 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Robert Sekuta ölkəmizdə fəaliyyət göstərən Amerika Ticarət Palatasının (“AmCham”) təşkil etdiyi aylıq işgüzar naharda iştirak edib.
“AmCham”dan bildiriblər ki, icraçı direktor Nərgiz Nəsrullayeva-Müdüroğlu Amerika Ticarət Palatası ilə ABŞ səfirliyinin davamlı əməkdaşlığından məmnun olduğunu deyib. O vurğulayıb ki, ABŞ səfirliyinin dəstəyi ilə “AmCham” Azərbaycanda uzun və müvəffəqiyyətli inkişaf yolu keçib. İnanıram ki, cənab Sekutanın diqqəti və dəstəyi nəticəsində üzərimizə düşən işlərin öhdəsindən gələ biləcəyik.
Səfir R. Sekuta palatanın üzvləri qarşısında özəl və dövlət sektorları arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti və iki ölkə arasındakı münasibətlərin gələcək perspektivlərindən söz açıb: “Azərbaycan və ABŞ, o cümlədən Azərbaycanla dünya ölkələri arasında mövcud olan iqtisadi əlaqələr çox böyük potensiala malikdir. Bizim özəl sənayeyə olan güvənimiz Azərbaycanla əlaqələrimizin hərəkətverici qüvvəsidir”.
Ölkə iqtisadiyyatına təsir edən hadisələr barədə üzvləri daim məlumatlı saxlayan “AmCham” Azərbaycan manatının devalvasiyası ilə bağlı təqdimat keçirmək üçün Gürcüstanın sabiq maliyyə naziri, Avropa Yenidənqurma və İnkişaf Bankının aparıcı iqtisadçısı Dimitri Qvindadzeni dəvət edib.
Sonda Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti İlqar Vəliyev səfir R. Sekutaya və ABŞ səfirliyinə əməkdaşlığa görə minnətdarlığını bildirib və gələcəkdə potensial ortaq layihələrin həyata keçirilməsi barədə gözləntilərini səsləndirib: “Şirkətlər qarşısında öhdəliklərimizi yerinə yetirərkən ABŞ səfirliyi hər zaman yanımızda olub. Əməkdaşlığımızın başlanmasından etibarən daim bizə dəstək olduğunuz üçün bir daha təşəkkür edirəm”.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info